“Ötən tədris ilində Bakı şəhər üzrə Təhsil İdarəsinin 1 əməkdaşı, 15 təhsil müəssisənin rəhbəri, 13 direktor müavini, 2 müəllim, 1 laborant,1 günüuzadılmış qrup rəhbəri vəzifədən azad edilib”.
Bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva paytaxtın təhsil işçilərinin ənənəvi sentyabr konfransında bildirib. Onun sözlərinə görə, səlahiyyətlərində sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər neqativ hallar nəticəsində 3 ümumtəhsil müəssisəsinin fəaliyyəti ilə bağlı toplanmış sənədlər aidiyyatı üzrə prokurorluq orqanlarına göndərilib.
Eyni zamanda, görülən tədbirlər nəticəsində arıq ödənilmiş 17030,86 manat məbləğin dövlət büdcəsinə qaytarılması təmin edilib: “O qeyd edib ki, Bakı şəhər üzrə Təhsil İdarəsinin 1 əməkdaşı, 16 məktəb direktoru, 31 direktor müavini, 78 müəllim, 1 uşaq birliyi rəhbəri intizam məsuliyyətinə cəlb olunub”.