“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

Cəmiyyət 17:32 14.09.2017
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və  İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 99-cu ilinə həsr olunmuş “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib. 
 
Toplantını giriş sözü ilə ATXƏM sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayıl açaraq bildirib ki, 15 sentyabr tarixinin qeyd edilməsi artıq ənənə halını alıb. Sevindirici haldır ki, bu prosesdə təşəbbüskar qismində çıxış edən təşkilatların sayı artır. ATXƏM, MŞ və Milli QHT Forumu hər il mövcud istiqamətdə tədbirlər keçirirlər. “Qafqaz İslam Ordusunun rəşadətli döyüş yolu Azərbaycanın və Türkiyənin tarixi bağlarını yaşadan ortaq qəhrəmanlıq salnaməsidir. Tədbirimiz bu şanlı tariximizi bir daha yada salmaq məramına köklənib. Hesab edirəm ki, hər iki ölkənin ictimai institutları, o cümlədən media qurumları məsələyə daha ciddi önəm verməlidirlər”, -deyən İ.İsmayıl onu da bildirib ki, Bakının bolşevik-daşnaq qüvvələrindən azad edilməsində Qafqaz İslam Ordusunun görkəmli sərkərdəsi Nuru paşanın rolu xüsusi vurğulanmalıdır. Bu istiqamətdə media vasitəsilə geniş təbliğat işi aparılmalıdır. Təbliğat ona əsaslanmalıdır ki, Qafqaz İslam Ordusunun Azərbaycan tarixindəki rolu milli-mənəvi dəyərlərimiz, türkçülük kökənimiz və dövlətçilik tariximiz baxımından müstəsna önəm daşıyır. Buna görə də mövzu hər zaman diqqətdə saxlanılmalıdır. İ.İsmayıl həmçinin çıxışında Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya ehtiram əlaməti olaraq ona Bakıda heykəl qoyulmasının zəruriliyi üzərində dayanıb və bu işin Bakının işğaldan azad edilməsinin 100 illiyinə gözəl hədiyyə ola biləcəyini diqqətə çatdırıb.
 
İSTAD- İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səfər Karakoyunlu çıxışında Qafqaz İslam Ordusunun xidmətlərinin müxtəlif aspektlərindən ətraflı bəhs edib. O, ötən əsrin əvvəllərindən beynəlxalq siyasi həyatın xüsusiyyətlərindən söz açaraq bildirib ki, bu ordunun yerinə yetirdiyi vəzifənin cəmiyyətdə təbliğinə ehtiyac ortaq tarixi dəyərlərimizin yaşadılması, tarixi faktlara düzgün qiymətin verilməsi baxımından son dərəcə zəruridir. 
 
Çıxış edənlərdən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Azər-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, İSTAD-Türkiyə Azərbaycan Dərnəyinin təmsilçisi Nebahat Kirman, professor Güllü Yoloğlu və başqaları Qafqaz İslam Ordusunun tarixi missiyasının təqdimatındakı spesifik məqamlardan söz açıblar. Onlar həmçinin Bakının erməni-daşnaq işğalından qurtulmasında fədakarlığı ilə seçilmiş Nuru paşanın adının əbədiləşdirilməsinin zəruriliyini vurğulayıblar. Konfrans iştirakçıları bununla bağlı ölkə rəhbərliyinə müraciət edilməsini məqsədəuyğun sayıblar. 
 
Toplantıda həmçinin Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsində xidmətləri olan bir qrup şəxsə İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin mükafatları təqdim edilib.
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Danimarkada hava limanı bomba təhlükəsi səbəbindən boşaldılıb
19:55 20.04.2024
Bağanis Ayrımdan olan 85 yaşlı neftçi: Kəndimizin qaytarılacağı xəbərinin sevincini sözlə ifadə etmək çətindir
19:35 20.04.2024
Ermənistan KİV: Bağanis Ayrım kəndinin ərazisində artıq minatəmizləmə işləri aparılır
19:28 20.04.2024
Türkiyədə fırtına məscidin minarəsini uçurdu, leysandan küçələri su basdı
19:00 20.04.2024
Ceyranbatan su kanalında bir nəfər batıb
18:35 20.04.2024
Ukrayna buna görə Britaniyanı gönahlandırır
Ukrayna buna görə Britaniyanı gönahlandırır
18:13 20.04.2024
Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
18:00 20.04.2024
Vaşinqtondan Bakıya DƏSTƏK: ABŞ səfirinin Qarabağa ilk səfərinin TƏFƏRRÜATI
17:49 20.04.2024
Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb
17:20 20.04.2024
Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Hamısı