“DAYAQ” QHHYT tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə dəstəyilə 19 sentyabr 2017- ci il tarixdə Ağcabədi rayon mərkəzində “İnsan Alveri ilə Mübarizə sahəsində Maarifləndirmə İşinin Təşkili, insan alverindən zərər çəkmiş şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi” layihəsi çərçivəsində tədbir keçirilmişdir.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin nümayəndəsi və ekspert qismində İnsan Alveri ilə Mübarizə sahəsində Maarifləndirmə işi üzrə ixtisaslaşmış ekspert Əmirhüseynova Mahirə İmanqulu qızı iştirak etmişdir. Tədbirin məqsədini İnsan alverinin cinayətkar mahiyyəti barədə, ondan özünü və yaxınlarını qorumaq yolları barədə məlumatlandırmaq təşkil etmişdir. İnsan alveri ilə bağlı statistik məlumat tədbir iştirakçılarının nəzərinə çatdırılmış və Azərbaycanda bu problemlə mübarizə sahəsində aparılan işlər barədə informasiya verilmişdir.