Azərbaycan təhsilində yeni dövr Bu məktəb binalarını istənilən formaya salmaq olur

Cəmiyyət 12:37 21.09.2017
Təhsil Nazirliyi tərəfindən sentyabr ayının 20-si Qəbələ və Oğuz rayonlarına mediatur təşkil edilib. Mediaturda 25 nəfərdən çox media nümayəndəsi iştirak edib. Jurnalistlər bölgədə inşa edilən yeni modul tipli məktəblərlə tanış olub.
 
Rayonun ucqar kəndlərində yaşayan ailələr uşaqlarını məktəbə gətirib-aparmaqda çətinlik çəkir. Bir tərəfdən qış, soyuq havalar, şəraitsiz uzaq yol uşaqların məktəbə getməsinə mane olurdusa, digər tərəfdən də məktəblərin qəzalı vəziyyətdə olması, otaqların şəraitsizliyi şagirdlərin xəstələnməsinə səbəb olurdu. Bu da təbii olaraq dərslərdən geri qalan şagirdlərin təhsil səviyyəsini aşağı salırdı.
 
Elə bu səbəbdən də Təhsil Nazirliyinin təşəbbüsü ilə Qəbələnin Seyidqışlaq, Cığatelli, Oğuzun Qarabaldır, Xalxalqışlaq, Yemişənli kəndlərində modul tipli məktəblər inşa edilib.
Tur iştirakçıları ilk olaraq Qəbələnin Seyidqışlaq kəndinə yola düşüb. Burada inşa edilən modul tipli ümümi orta məktəblə tanış olduq. 82 şagirdin təhsil alması üçün nəzərdə tutulan məktəb 10 sinif otağı, 1 müəllimlər otağı, kitabxana və digər köməkçi otaqlardan ibarətdir.
 
Məktəb direktoru Səhrab Həşimov dedi ki, yeni təhsil ocağı zəruri avadanlıqlarla təmin olunub:
"Məktəbə cavan müəllimlər dəvət olunub. Əvvəlki məktəb o qədər də yaxşı şəraitdə olmadığı üçün müəllimləri cəlb etməkdə çətinlik çəkirdik. Sinif otaqlarını qızdırmaq olmurdu. Şagirdlər tez-tez xəstələnirdi. İndi isə modul tipli bu məktəb kombi isitmə sistemi ilə təchiz edilib. Yeni dərsliklər paylanılıb. Hələ kitabxanamız köçürülməyib, amma yaxın günlərdə o işlər də tamamlanacaq. Gördüyünüz bu məktəb 1 ay 15 gün ərzində ərsəyə gətirilib. Məktəb 82 şagird üçün nəzərdə tutulub. Şagirdlərdən 45-i 1-4-cü siniflərdə, 35-i 5-9-cu siniflərdə oxuyur. Ümumilikdə isə şagirdlərin 28-i qız, 41-i isə oğlandır. Eyni zamanda, məktəbdə dərs deyən 20 müəllimdən 5-i kişi, 15-i isə qadındır. Yaxın zamanda məktəb iki növbəli sistemə keçəcək. Onda kitabxana üçün ayrılan otağa köhnə məktəbdəki 1500 ədəd kitab və uşaqların istifadəsi üçün yenə bədii kitablar yığılacaq".
Təhsil Nazirliyinin tədris tikinti və təchizad idarəsinin müdür müavini Fərhan Əliyev qeyd etdi ki, modul tipli məktəblər gələcək üçün daha çox perspektiv vəd edir:
"Hazırda gördüyünüz modul tipli məktəb binası rütubətə davamlı xüsusi avadanlıqlarla hazırlanıb. Onlar çox rahat şəkildə açılıb yığıla bilir. Sahəsi genişləndirilə bilər. Bu tip məktəblər digər məktəblərdən seçilmir. Əksinə həm maliyyə cəhətdən, həm də vaxt cəhətdən daha tez istifadəyə verilə bilir. Kənd yerlərində şəhər məktəblərindən fərqli olaraq siniflərdə şagirdlər az olur. Bir sinifdə maksimum 10-13 nəfər şagird oxuyur. Buna görə də modul tipli məktəblər bölgələrdə, ucqar kəndlərdə daha çox əlverişli hesab olunur".
Məktəb haqqında şagird və valideynlər də müsbət fikirdə idilər. Yerli sakinlər dedilər ki, uşaqların sinif otaqları o qədər yararsız halda olub ki, soyuqda oturmaq mümkün olmayıb. İndi isə istifadəyə verilən məktəbdə isitmə sistemi var.
Uşaqlar bildirdilər ki, oturacaqlar paltarlarını bərbad günə qoyurmuş, soyuqdan sinifdə oturmaq mümkün deyilmiş. Məktəbə həvəssiz gedirlərmiş. Amma indi sevinə-sevinə gəlirlər.
Rayonun Cığatelli kəndində də modul tipli məktəb istifadəyə verilib. 56 şagird üçün nəzərdə tutulan ümumi orta məktəb 7 sinif otağı və 1 müəllimlər otağından ibarətdir.
Daha sonra media nümayəndələri Qəbələ rayonunun Aydınqışlaq kəndində əsaslı təmir olunan yeni məktəb binasının açılışında iştirak ediblər. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova və rayon təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İcra başçısının müavini Qəbələnin inkişafından danışıb:
"İnkişaf etmiş rayonlardan biri kimi Qəbələ bu gün respublikamızın turizm mərkəzlərindən birinə çevrilib. Bu il rayonumuzun 2 kənddində - Seyidqışlaq və Çığatelli kəndlərində modul tipli məktəblər uşaqların və müəllimlərin istifadəsinə verilib. Bundan əlavə, rayonun Aydınqışlaq kəndində 1978-ci ildə inşa edilən böyük məktəb binası əsaslı təmir edilib. Bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm".
Məktəb direktoru Sevil Nəbiyeva ölkə başçısına təhsil sahəsinə ayırdığı diqqət və qayğıya görə təşəkkür edərək jurnalistləri məktəbin təmirdən sonrakı vəziyyəti ilə tanış edib:
"1978-ci ildə tikilən məktəb binası artıq yararsız hala düşdüyü üçün əsaslı təmirə ehtiyac vardı. Nazirliyin təşəbbüsü ilə məktəb binası bu il əsaslı təmir olunub. Yüksək səviyyədə təmir edilən məktəbimiz bütün zəruri avadanlıq və dərs vəsaitləri ilə təmin olunub. Məktəbdə 24 sinif otağı, 2 laboratoriya və müəllimlər otağı istifadəyə verilib. Təhsil ocağında 364 şagirdin təlim-tərbiyəsi ilə 52 müəllim məşğul olur".
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov qeyd edib ki, son illərdə təhsil sahəsində qarşıya qoyulan əsas məqsədlərdən biri Azərbaycanın bütün bölgələrində məktəb binalarının yenidən qurulması və əsaslı təmiridir:
"Modul tipli məktəblərin qısa zamanda bir çox kənd məktəblərini əvəz etməsi böyük uğurdur. Azərbaycanda yaxın vaxtlarda demək olar ki, təmirsiz məktəb qalmayacaq. Aydınqışlaq kənd tam orta məktəbinin həyəti, idman meydançası da yenidən qurulacaq. Cənab nazirin adından 5 ədəd noutbuku da məktəbə hədiyyə edirik".
Daha sonra dolanbaclı yollar bizi Oğuzun Yemişanlı kəndində apardı. Ümumilikdə Oğuzda artıq 3 modul tipli məktəb istifadəyə verilib. Kənd mərkəzdən xeyli aralıda yerləşir. 80 şagirdlik məktəb binası 10 sinif otağı, kitabxana, müəllimlər otağı və 5 sanitar qovşaqdan ibarətdir.
Məktəb direktoru Muxtar Malıyev qeyd edib ki, köhnə məktəb binası 1969-cu ildə tikildiyi üçün qəzalı haldadır:
"Hazırda istifadəyə verilən modul tipli məktəb 73 şagird üçün nəzərdə tutulub. Məktəb 9 illikdir. Şagird sayı az olduğu üçün 1-3 siniflər və 2-4 cü siniflər komplektləşdirilib. Dərsin yarısı bir proqrama, yarısı da digər proqrama ayrıldığı üçün uşaqlarda diqqət pozuntusu yaranır. Siniflərdə uşaqların sayının az olması, eləcə də müəllim kollektivinin hələ tam yığılmaması buna səbəb olsa da, dərs keyfiyyətinin artırılması üçün hər sinifin ayrı-ayrı olması daha yaxşı olardı. Məktəbdə kimya, coğrafiya, biologiya, fizika, fiziki tərbiyə ixtisasları üzrə müəllimlərə ehtiyac var. Hazırda məktəbdə çalışan 18 müəllimdən 10-u qadındır".
Qeyd edək ki, Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər, Göyçay, Qəbələ, Oğuz və digər rayonlarda inşa olunan modul tipli məktəblərlə yanaşı, cari ilin sonuna qədər 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəblərinin modul tipli məktəblərlə əvəz edilməsi də nəzərdə tutulur.
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı