Erməni deputat Bakıda yalan danışdı FAKTLAR

Cəmiyyət 19:11 22.09.2017
“Avronest”in iclasında iştirak etmək üçün Azərbaycana gələn erməni deputatlardan biri - Mane Tandilyan yerli jurnalistlərin suallarını cavablandırıb. O, erməni xislətinə sığınaraq deyib ki, guya Ermənistanda Azərbaycanın mədəni irsi qorunur, tarixi abidələr məhv edilmir.
 
Erməni deputat ağ yalan danışdığını bildiyi halda, tarixi abidələrlə bağlı çəkiliş aparmaq üçün dövlət televiziyasının nümayəndəsini Ermənistana dəvət edib. 
 
“Ermənistanda Azərbaycanın mədəni iris qorunur. Bizə inanmırsınızsa, gəlin, çəkiliş edin. Mən parlamentin deputatı kimi Azəırbaycan televiziyasının nümayənsdəsini Ermənistana dəvət edirəm” – erməni deputat deyib.
 
İşğalçı ölkəni təmsil edən deputatın həqiqətləri danışacağını onsuz da heç kim gözləmirdi. Axı, o, deyə bilməzdi ki, Azərbaycanın işğal altında saxlanılan torpaqlarında bütün maddi-mədəni irs məhv edilir, tarixiniz silinir.
 
Tarixi faktlar Tandilyanı tamamilə yalanlayır və təkzib edir. 
 
Heç kimə sirr deyil ki, Ermənistanda azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandalcasına, dağıdıcı münasibət göstərilib, onları dağıdaraq yer üzündən silməyə çalışıblar. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən Xan sarayı və Sərdar (Abbas Mirzə) məscidi ermənilər tərəfindən məhv edilib. 
 
Bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi-memarlıq abidəsi qalıb. Onlardan birini - İrəvan şəhərindəki Göy məscidi “fars məscidi”, digərini - İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə “türkmən abidəsi” kimi qələmə verirlər.
 
Erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırım həyata keçiriblər. Monoetnik erməni dövlətində əvvəllər azərbaycanlıların yaşadıqları 703 yaşayış məntəqəsinin adlarını dəyişdirərək erməniləşdiriblər. 
 
Mane Tandilyan məgər bilmir ki, Azərbaycanın işğal altında olan ərazilərində tarixi abidələrimiz, milli-mənəvi dəyərlərimiz erməni vandalları tərəfindən məhv edilib?! 
 
Xanım Tandilyanın nəzərinə çatdırmaq istərdik ki, ermənilərin hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu Ermənistanın işğalına məruz qalıb.
 
Azərbaycana aid 500 tarixi-memarlıq abidələri, 100-dən çox arxeolojik abidə, minlərcə əsərin qorunduğu 22 müzey, 4 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən məhv edilib.
 
İşğal nəticəsində Azərbaycanda peşəkar musiqi sənətinin əsasını qoyan musiqiçi Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi talan edilib. Xocalıdaki "Dairəvi Məbəd"(1356-1357) və "Türbə"-nin (14-cü əsr) aqibəti hələ də məlum deyil.
 
Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal-hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir.
 
Mane Tandilyanın təriflədiyi Ermənistanın valdalizmi nəticəsində Qarabağ ərazisində olan qədim qəbiristanlığı, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin türbəsi, Ağdamda Pənah xanın imarəti, Cümə məscidi, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd sarayları, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binaları dağıdılıb. 
 
Ermənistanın mədəni irsimizə qarşı həyata keçirdiyi terroru sübut edən faktların siyahısı daha da artırmaq olar. Yuxarıda qeyd etdiklərimiz bunlardan yalnız bir neçəsidir. 
 
Qeyd edək ki, sabah erməni deputatlar Bakıya gəzintiyə çıxacaqlar. Onlar Bakının gəzməli-görməli yerlərində olduqdan sonra, güman ki, şəhərin mərkəzində yerləşən erməni kilsəsinə də baş çəkəcəklər. İnanmaq istərdik ki, xanım Tandilyan Azərbaycanda erməni kilsəsinin necə saxlanıldığını gördükdən sonra, danışdığı yalan görə xəcalət çəkəcək.(azvision.az)
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı