Azərbaycanda inqilabi dəyişiklik Millət vəkili təfərrüatı açıqladı

Cəmiyyət 14:47 28.09.2017
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci (azadlığın məhdudlaşdırılması) maddəsi ağır yox, əsasən az ağır və yüngül iqtisadi cinayətlər törətmiş şəxslərə şamil olunacaq. Bu fikri Milli Məclisin deputatı Azay Quliyev səsləndirib.
 
Prezident İlham Əliyevin təqdim etdiyi AR Cinayət Məcəlləsinə yeni 52-1 maddəsinin əlavə olunmasını Sputnik Azərbaycan-a şərh edən Azay Quliyev bildirib ki, söhbət cəzaların liberallaşdırılmasından gedir. Deputatın fikrincə, bu alternativ cəza növü böyük ictimai təhlükə yaratmayan cinayətlərin törədilməsi zamanı, ittiham olunan şəxsin həbsinə mütləq zərurət olmayacağı təqdirdə tətbiq ediləcək.
 
Onun sözlərinə görə, cəzanın liberallaşdırılması siyasəti istintaqın gedişində və məhkəmə hökmünün icrası prosesində təqsirləndirilən şəxsin həbsxana şəraitində olmamasını ehtiva edir: "Burada iki vacib məqam var. Əgər şəxs istintaq orqanları ilə əməkdaşlıq edirsə və onun azadlıqda gəzməsi istintaqın gedişinə mane olmursa, bu şəxs müəyyən şərtlər daxilində azadlıqdan məhrum edilmədən də istintaq hərəkətlərinə cəlb edilə bilər".
 
"Məhkəmənin hökmünün icrası zamanı məhkum alternativ cəza növü ilə cəzalandırılır. Belə olan təqdirdə xarici ölkələrin təcrübəsindən çıxış edərək elektron bilərziklərdən istifadə edilir. Yəni bu adamın harada olduğunu təsbit etmək üçün, həm istintaqın gedişində, həm də sonrakı dövrdə nəzarətdən kənar qalmaması üçün elektron bilərziklərin taxılması məsələsi var. Bu da məhkumların fiziki əzablara məruz qalmaması, eyni zamanda hüquq-mühafizə orqanlarının nəzarəti altında qalması üçün nəzərdə tutulur" — deyə deputat bildirib.
 
Quliyev bunu Azərbaycanın qanunvericilik sahəsində inqilabi dəyişiklik adlandırıb. Onun sözlərinə görə, bu həll yolu həm cəza sisteminin yüngülləşdirilməsi baxımından, həm də cinayətkarlığın qarşısını almaq üçün effektivdir.
 
"Çünki həbsxana həyatı insanların taleyini alt-üst edir, onları normal cəmiyyətdən təcrid edir. Cəza verildikdən sonra insanlar daha çox neqativ istiqamətə yönəlirlər, nəinki qanuna tabe olan vətəndaşa çevrilirlər. Və bu, cəmiyyət üçün yeni problemlər yaradır. Bu sistem vətəndaşları normal həyatdan təcrid etməmək üçün həyata keçiriləcək" — millət vəkili vurğulayıb.
 
Azay Quliyev hesab edir ki, prezident tərəfindən qanunvericiliyə təqdim olunmuş bu maddə, hətta cinayət törətmiş, qanunu pozmuş vətəndaşa qarşı humanist bir addımdır və biz bunun müsbət nəticələrini görəcəyik: "Hələlik söhbətin hansı iqtisadi cinayətlərdən getdiyi məlum deyil. Yaxın günlərdə qanunun mexanizmləri üzərində iş başa çatacaq. Payız sessiyasında qanun layihəsi parlamentin müzakirəsinə təqdim ediləcək".
 
Qeyd etmək lazımdır ki, əvvəllər AR CM-da 53 nömrəli maddə (azadlıqların məhdudlaşdırılması) olub, lakin 2011-ci ildə ləğv edilib.
Onu da diqqətə çatdıraq ki, İlham Əliyev 10 fevral 2017-ci ildə "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi" ilə bağlı sərəncam imzalayıb.
 
Sərəncama əsasən, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılıb. Həmçinin cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir İKT-dən istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması tapşırılıb.
 
Sərəncamın məqsədi cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılmasıdır. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki istiqamət müəyyən olunub: məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi məqsədlərini rəhbər tutmaları, cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri; qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunması. Bu məqsədlə cinayətlərin dekriminallaşdırılması, alternativ cəzaların alternativ cəzaların tətbiqi, ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması ilə bağlı qanun layihələrinin hazırlanması nəzərdə tutulub.
 
Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi və s. istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək barədə Ali Məhkəməyə və Baş Prokurorluğa tövsiyə edilib, Ədliyyə Nazirliyinə tapşırıq verilib.
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Hamısı