Millət vəkili Qənirə Paşayeva Tovuzun kəndlərini ziyarət edib, sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Sakinlərin ən çox müraciətləri arasında övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub.
Q.Paşayeva görüş zamanı xəstələrin müalicəsi, fiziki imkanları məhdud insanların sorğuları ilə bağlı aidiyyəti qurumlarla müzakirə aparıb və bəzilərinin həllinə nail olub.
Bir sıra vətəndaşlar evlərinə təbii qaz və su xəttinin çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Bundan başqa, təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər.
Q.Paşayeva eyni zamanda Tovuzda avtomobil vurması nəticəsində həyatını itirmiş balaca Pərvin Kərimovun ailəsini ziyarət edib, Allahdan rəhmət, ailə üzvlərinə səbr diləyib, ailənin qayğı və problemləri ilə maraqlanıb.