“Xəritədə göstərilən Armeniya indiki Ermənistan deyil” Qalmaqallı dərsliyin müəllifi DANIŞDI

Cəmiyyət 16:34 07.10.2017
Azərbaycanda dərslik məsələsi ilə bağlı daha bir qalmaqallı fakt üzə çıxıb. Bu barədə sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində ciddi xətaya yol verilib. Həmin kitabda yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan"ın əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.
 
 
Dərsliyin müəlliflərindən biri – təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı Modern.az saytına danışıb:
 
“Təəssüf ki, bizim uğurlu işimizə kölgə salmaq istəyən şəxslər əsassız olaraq bildirirlər ki, xəritədə Ermənistan ərazisi əks olunub. Bu artıq  göstərir ki, bəzi insanlarda erməni xofu var və  baxdıqları yerdə erməni ifadəsi, ərazisi görürlər. Həmin xəritə 10-cu sinif rus bölmələri üçün  “Ümumi tarix” kitabında Roma paraqrafındadır və qeyd olunan ərazilər Roma imperiyasının ərazisidir. Bu ərazilərin Ermənistan ərazisi kimi göstərilməsi ilə bağlı hər hansı fakt orada qeyd olunmayıb.
 
Həmin xəritədə "Böyük Ermənistan"dan söhbət getmir. Xəritə qədim dövr Roma sərhədlərini göstərir. Bənövşəyi xətlə göstərilən ərazilər Romanın işğal etdiyi yerlərdir. Orada Roma imperiyasına daxil olan bütün ərazilər Assuriya, Mesopotamiya da göstərilib. Əgər belədirsə, Ərəb Xilafəti xəritəsində Ərməniyyə həm Atropatena, həm də Albaniya ilə sərhəd bölgəsində yerləşirdi, duraq deyək ki, bu indiki Ermənistandır, gülməlidir
 
Məsələ nədən qaynaqlanır?
 
Təəssüf ki, Azərbaycan dilində xəritələrlə bağlı ciddi resurs problemimiz var. Biz bu dövrlə bağlı xəritəni Roma arxivlərindən əldə etmişik. Orada göstərilir ki, eramızdan əvvəl 1-ci əsrdən bizim eranın 2-ci əsrinə qədər  romalıların əhatə etdiyi ərazi budur.  Birincisi, orada göstərilən Armeniya ərazisi indiki Ermənistan deyil. Tarixdən anlayışı olmayan, özünü vətənsevər kimi göstərənlər bilsinlər ki, eramızdan əvvəl 66 və 65-ci ildə Pompeyin yürüşündən sonra Albaniya  ərazisi Romaya tabe edildi. Eramızdan əvvəl 20-ci ildə  Atropatenada hökmdar Romanın vasitəsilə hakimiyyətə gəlmişdi. Bu o deməkdir ki, eramızdan əvvəl 1-ci əsrdə qeyd olunan  ərazilər Romaya tabe idi. Orada  bənövşəyi rəngdə göstərilən sərhədlər  Roma imperiyasının sərhədləridir.  Dəfələrlə tarixdən anlayışı olmayanlara demişəm ki, gəlin sizə tarix öyrədim. 359-cu ildə Amid döyüşündə, 371-ci ildə  Dzirav döyüşündə romalılarla sasanilər toqquşanda  romalıların müttəfiqi ermənilər, sasanilərin müttəfiqi isə Albaniya  idi. Həmin vaxt Albaniya müəyyən ərazilər itirmişdi. Bu o demək deyil ki, qeyd olunan yer erməni dövləti idi. Sadəcə  ermənilər bu ərazini tabe etmişdilər və oranı vilayət kimi  idarə edirdilər. Burada heç bir Ermənistan xəritəsindən söz gedə bilməz”.
 
K.Əsədov qeyd edib ki, səsləndirilən fikirlər savadsız yanaşmadır:
 
“Burada Assuriya, Mesopotomiya da göstərilib. Konkret Ermənistan ərazisi göstərilməyib. Orada  Romanın sərhədləri əks olunub. Bu cür yanaşma Azərbaycan alimini elmdən, təhsildən uzaqlaşdırır. Bu qədər savadsız yanaşma olmaz.  Biz bu kitabı 4-5 dildə dərc etdirmişik. Mən kitabın Azərbaycan dilinə də baxmışam, orada bu, yoxdur, silmişik. Bunu faciə çevirmək lazım deyil. Bu, texniki qüsurdur.
 
 Əgər siz Roma imperiyasını erməni ərazisi kimi görürsünüzsə, bu artıq sizin gözünüzdə də qüsur olduğunu göstərir. Bunlara xidmət etmək olmur və gənc insanın uğurunu qəbul edə bilmirlər. Bunlar ermənidən də betərdirlər. Kitabda qüsur yoxdur. Qüsur o ittihamları səsləndirənlərin gözlərində və beyinlərindədir”.
 
 
Qeyd edək ki, həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Hamısı