Azərbaycanda görünməmiş hadisə 8 yaşlı uşağı məktəbdən qovdular

Cəmiyyət 15:19 10.10.2017
Şirvan şəhərində 8 yaşlı 1-ci sinif şagirdi məktəbdən uzaqlaşdırılıb. Buna səbəb isə uşağın 1-ci sinfə 2 il gec sənəd verməsi olub.
 
Bu barədə BakuPost.az-a şagirdin ailəsi məlumat verib. Qarayeva Aytac Şahin qızının yaxınları bildirib ki, son bir neçə ildə ailədə baş verən bədbəxt hadisələr səbəbindən uşağın məktəbə yazdırılması da gecikib. Lakin bu il Aytacın sənədləri Şirvan şəhəri 4 saylı orta məktəbdə qeydiyyatdan keçirilib və o, sentyabrın 15-də digər uşaqlar kimi 1-ci sinfə yollanıb:
"Direktor Gülmirzə Həsənov da Aytacın sinif rəhbəri ilə danışıb, ailəmizdə baş verən bədbəxt hadisə barədə müəlliməyə məlumat verib. Tapşırıb ki, uşağa diqqət göstərilsin. Təxminən 15 gün dərsə gedəndən sonra direktor bizi çağırdı, dedi ki, uşağınızı məktəbdən çıxarılıb. Çıxarma səbəbi kimi də qeyd etdi ki, Təhsil Nazirliyi 6 yaşını keçmiş uşaqların 1-ci sinfə qəbul edilməməsi barədə qərarı var. Nə qədər dil-ağız etdik, yenə də uşağı məktəbdən çıxardı. Alternativ olaraq təklif etdi ki, yanvar ayına kimi uşaq evdə otursun. Dedi ki, yanvarda gələrsiniz, mən aidiyyəti orqanlardan xahiş edərəm, Aytacı bəlkə məktəbə qəbul edərik. Amma biz bundan da əlimizi üzmüşük. Alınan şeyə oxşamır. Biz heç kimdən şikayət etmək istəmirik deyə Təhsil Şöbəsinə, Təhsil Nazirliyinə ərizə yazmamışıq. Amma uşağımızın da təhsilsiz böyüməsini istəmirik”.
 
Aytac Qarayevanın dərsə gec getməsinin səbəbi isə atası Şahin Qarayevin bir neçə il əvvəl qəza törətməsi olub: "Başımız o qəzaya qarışdı. Daha sonra Şahin elə o qəzaya görə tutuldu. Ona görə də Aytacın sənədlərini düzəltməyə vaxtımız olmadı. Sapsağlam uşaqdır. Sağlamlıq kağızımız da var. O vaxtlarda bütün ailə darmadağın olmuşdu. İndi başımız açılıb, uşağımızı məktəbə yazdırmışıq. O da ki belə... Təhsil naziri Mikayıl Cabbarovdan xahiş edirik ki, övladımızın bu işinə diqqət yetirsin”.
 
Təhsil eksperti Əjdər Ağayev BakuPost.az-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyinin elə bir qanunu yoxdur: "İcbari təhsil qanunu var. Bu qanunla hər bir Azərbaycan vətəndaşı təhsilə cəlb olunmaldır. Əgər uşağın hər hansı qüsuru yoxdursa, o zaman normal məktəbə getmək haqqı var. Təhsil Nazirliyində belə bir qanun yoxdur ki, uşağın yaşı 6-nı keçibsə, onu məktəbə qəbul etmək olmaz. Hökumət özü hamının təhsilə, tədrisə cəlb olunmalı olduğunu deyir. Hər yerdə maarifləndirmə işləri aparılır. Hər bir uşaq məktəb təhsilinə cəlb olunmalıdır və təhsil almalıdır. Ən azından orta təhsili almalıdır. Düzdür, 1-ci sinfə qəbul 6 yaşdandır. Lakin hər nə səbəbdən olur olsun, hansısa məktəb təhsilə 2 il gec başlamaq istəyən uşağı qəbul etmirsə, o zaman səhv edir. Belə bir göstəriş yoxdur. O məktəb onu qəbul etməli, oxutmalıdır. Elektron qəbul məsələsi var, ola bilər ki, valideyn buna əməl etməyib. Amma hətta belədirsə, o zaman direktor Təhsil Şöbəsiylə əlaqə saxlamalıdır, məsləhət almalıdır, o uşağı mütləq şəkildə təhsilə cəlb etməlidir”.
 
Təhsil eksperti qeyd edib ki, direktor uşağın təhsildən yayındırılmasına görə günahkardır:"O uşağı məktəbdən uzaqlaşdırmaq istəyirlərsə, görünür hansısa maraqları var və bu addımı atırlar. Valideyn gedib tələb etməlidir ki, mənim uşağımı məktəbə qəbul edin. Görün nə qədər vaxtdır ki, o direktor uşağı təhsildən yayındırıb. Elə buna görə o direktor cəzalandırılmalıdır. Direktor günahkardır”.
 
Şirvan şəhər Təhsil Şöbəsinin rəhbəri Rövşən AllahverdiyevBakuPost.az-a açıqlamasında məsələnin araşdırılacağını bildirib: "Sözügedən məsələ ilə bağlı Təhsil Şöbəsinə müraciət edilməyib. Ailə bizə müraciət etsin, məsələni araşdıraq. Qanunla 1-ci sinfə qəbul 2 il gecikə bilər. Əgər uşaq 2 ildən çox gecikibsə, o zaman Təhsil Nazirliyində müvafiq olaraq komissiyanın iclası keçirilir və məsələylə bağlı qərar qəbul edilir.
 
Aytac Qarayeva 2 ildən çox gecikməyibsə, heç bir problemsiz onun məktəbə getmə, təhsil alma hüququ təmin ediləcək.
 
Araşdırmadan sonra da məktəbin direktorunun günahı varsa, müvafiq ölçü götürüləcək”.
Hadrutdan yeni görüntülər - VİDEO

Xəbər xətti

“Azərbaycan regionda dominant olaraq qalır” – Britaniyalı Ekspert - ÖZƏL
10:00 24.04.2024
Baş nazir iclas keçirdi: Tapşırıqlar verdi
09:50 24.04.2024
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
09:45 24.04.2024
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:40 24.04.2024
Umud Mirzəyev Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasından DANIŞDI
09:35 24.04.2024
Bakıda bu gün 29 dərəcə isti olacaq
09:30 24.04.2024
Hadrutdan yeni görüntülər - VİDEO
09:22 24.04.2024
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
09:19 24.04.2024
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
09:17 24.04.2024
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
09:08 24.04.2024
Qırğızıstan prezidenti Azərbaycana yola düşdü
09:00 24.04.2024
Qırğızıstan prezidenti bu gün Azərbaycana gələcək
08:00 24.04.2024
“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Hamısı