Azərbaycanda 10 televiziya kanalı var. Onlardan 4-ü (AzTv, İTV, "İdman Azərbaycan" , "Mədəniyyət TV") dövlət, 6-sı özəldir ("Space TV", "Lider TV", ATV, "Xəzər TV", ARB, CBC Sport). Bununla yanaşı regional televiziyalar da fəaliyyət göstərir. Onlardan 2-si ("Naxçıvan TV", "Kanal 35") dövlət, 11-i özəldir ("ARB Kəpəz", "Mingəçevir TV", "Dünya TV", "Xəyal TV", "ARB Ulduz", "ARB Şimal", "ARB Cənub", "ARB Şəki", "ARB Aran", "ARB 24", "ARB Günəş").
Fəaliyyət göstərən kanal və rəhbərlərin siyahısını təqdim edirik.
İctimai Televiziya və Radio Yayımları Şirkəti – Cəmil Quliyev (2013-dən indiyə kimi)
İdman Azərbaycan Televiziyası – Elsevər Dünyamalıyev
Mədəniyyət TV – Ramil Qasımov
"Space" Teleradio Şirkəti – Vaqif Mustafayev
"Lider TV" – Ədalət Əliyev
ATV- Azər Xəlilov
"ARB TV" – İsmət Səttarov
"ARB Kəpəz" (Gəncə şəhərində yayımlanır) – Nofəl Dərgahov
"ARB Şəki" – Rəşad Məmmədov
"ARB Şimal" (Xaçmaz rayonunda yayımlanır) – Məhsim Məhsimov
"ARB Cənub" (Lənkəran şəhərində yayımlanır) – Gülbəniz Mayılova
"ARB 24" (Tovuz şəhərində yayımlanır) – Nadir Şəfiyev
"ARB Günəş" (ilk uşaq televiziya kanalı) – Rəşad İsayev
"CBC Sport" – Volkan Üst