Tarix dərsliyində erməni təbliğatı? Müəllif detalları açıqladı - FOTO

Cəmiyyət 22:45 11.10.2017
Dərsliklər məktəblərdən yığılandan sonra dərsliyin gözdən salınmasında maraqlı olan bəzi “vətənpərvər” şəxslər vaxtilə həmin səhifədə də düzəliş edilərək dəyişdirilmiş xəritəni yox, əvvəllər yüklənilən və üzərinə “çap olunması qadağandır” tipli yazı yazılan xəritəni bötüv də yox, məhz Kiçik Asiya hissəsini böyüdərək paylaşıblar. Belə olanda Roma imperiyasının sərhədləri əvəzinə, qarşınıza sanki bədnam qonşularımızın ərazi iddialarına uyğun mənzərə çıxır, məsələnin əsil mahiyyətini bilməyənlər isə buna dərhal inanır.
 
Bu sözləri X sinif “Всеобщая история” (Ümumi Tarix) dərsliyinin müəlliflərindən olan Pərviz Ağalarov qeyd edib. O bildirib ki, Təhsil Nazirliyi məsələ ilə bağlı məlumat alan kimi müəlliflərə və nəşriyyata məktub ilə müraciət edərək bu faktın təsdiqlənməsini istədi:
 
“İmeyl (email) ünvanıma gələn məktubdan sonra rus bölməsi üçün “Ümumi Tarix” dərsliyinə baxıb faktı təsdiqlədim. Bundan sonra TN məktəblərdən kitabın yığışdırılması göstərişini verdi və nəşriyyata da müraciət edərək təcili dərslikdə diqqətsizlik ucbatından getmiş səhvin düzəldilməsini və dərsliyin yenidən nəşr olunmasını tələb etdi. Mənim də iştirakımla sözügedən xəritə düzəldildi və nəşriyyat dərsliyi çap edərək yenidən TN-ə göndərdi. Proses məhz belə olub. Diqqətli oxucu üç tərəfin mövqeyini və məsələyə münasibətini asanlıqla ayırd edə bilər:
 
1. TN məsələ qaldırır;
 
2. Müəlliflər bunu təsdiqləyir;
 
3. Nəşriyyat isə səhvi müəlliflərin də iştirakı ilə düzəldərək dərhal yeni kitablar dərc edərək, Təhsil Nazirliyinin sərəncamına verir, yeni kitablar orta təhsil müəssisələrinə paylanılır. TN trims.az portalında yerləşdirilmiş variantda da dərhal düzəliş edir. Yol verilmiş yanlışlıq orada da düzəldilir”.
P.Ağalarov vurğulayıb ki, müəlliflər rus bölməsinə baxmırlar, ekspert rəyləri də əsas kimi götürülən Azərbaycan bölməsinə verilir, düzəlişlər də məhz Azərbaycan dilində olan variantın üzərində aparılır:
 
“Erməni izi axtaranlar ermənini bu üç tərəfin içərisində yox, kənarda axtarsın. Azərbaycan bölməsi üçün yazılan dərslik nəşriyyat redaktorları tərəfindən rus dilinə tərcümə edilir. Yəni bu texniki xətada müəlliflərin “günahı” yoxdur. Günahı ona görə dırnaqda qeyd edirəm ki, ümumiyyətlə, orada elmi səhv yoxdur. Sərhədlər Roma imperiyasınındır və bu bənövşəyi rənglə göstərilib. Sol küncdə göstəricilər olan yerdə Romanın müxtəlif dövrlərə aid sərhədləri göstərilir, rənglərlə fərqləndirilir, əyalətlər isə başqa qırıq-qırıq xətlərlə verilib, diqqətlə baxıldıqda bu, aydın sezilir. Sadəcə, ilk görüntü fərqli təəssürat yaratdığı üçün “Armeniya” adının xəritədən silinməsini məqsədəuyğun hesab etmişik. Təəssüf ki, rusdilli dərslikdə bu ad qalıb və kəmfürsətlərə meydan açılıb”.
 
O, dərsliyin müəlliflərini təhqir edənlərə də müraciət edib:
 
“Bu söyüşlərin ünvanı bizə yox, adi texniki səhvi (özü də dərhal düzəldilmiş) ictimailəşdirərək öz dar maraqları naminə millətin hissləri ilə oynayanlara olmalıdır. Bildiyiniz kimi, bu il dərslik layihələri TN tərəfindən dərslikləri daha da təkmilləşdirilməsi üçün geniş müzakirəyə çıxarılmışdı. Maraqlıdır, bu “vətənpərvərlər” mart ayından TN-nin portalında yerləşdirilmiş bu dərslikdə həmin xəritəni görməmişdilərmi?”
 
P.Ağalarov qeyd edib ki, dərsliklər mümkün qədər sadələşdirilib, köhnə dərsliklərdəki səhvlər düzəldilib:
 
“Hətta fikir də səsləndirirlər ki, guya bədnam qonşularımızın əlinə fürsət vermişik. Kim bu fürsəti verib, ay korporativ maraqları naminə məsələni ictimailəşdirənlər, siz, yoxsa biz?! Gün kimi aydındır ki, nə milləti, nə dövləti fikirləşir bunlar. Texniki qüsur olub, özümüz də düzəltmişik, artıq bu kitablar yğışdırılıb, şagirdlərin qarşısında artıq yeni dərsliklərdir.
 
Sosial şəbəkələri sərsəm fikirlərin poliqonuna çevirməkdənsə, heç olmasa, bir dəfə TN-ə müraciət edin. Mən də bu fikrin tərəfdarıyam və ürəkdən deyirəm ki, istənilən tenderdə şəffaflıq gözlənilməlidir”.
 
Qeyd edək ki, tanınmış ictimai fəal və jurnalist Azər Həsrət 10-cu sinif “Tarix” dərsliyində biabırçı səhv olduğunu bildirib. O qeyd edib ki, dərslikdə Ermənistan xülyası olan xəritə yer alıb.
 
Təhsil Nazirliyi rəsmi açıqlamasında bu səhvin artıq aradan qaldırıldığını, kitabların yığışdırıldığını və yeni variantın məktəblərə paylanıldığını bildirsə də, müzakirələr davam edir.(axar.az)
 
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Hamısı