Özəl televiziyalardakı şou verilişləri aşağı səviyyədədir.
Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. Şura sədri bildirib ki, rəhbərlik etdiyi qrum ölkənin teleradio məkanında bütün verilişlərin milli-mənəvi dəyərlər səviyyəsində aparılmasını diqqətdə saxlayır. Lakin bəzən özəl televiziya kanallarında milli-mənəvi dəyrələrə biganə yanaşılır.
Şura sədri televiziyalarda ədəbi dil normalarının pozulmasına da toxunub. O qeyd edib ki, hamı ana dilini səlis bilməlidir. Efirdə hər hansı ləhcədə, dialektdə danışmaq düzgün deyil.
Nuşirəvan Məhərrəmlinın sözlərinə görə, televiziyalarda ədəbi dil normaları və milli-mənəvi dəyərlərlə bağlı monitorinqlər davamlı şəkildə aparılacaq.