Mətbuat Şurasının sədri QDİƏT komitəsinin iclasında iştirak edib - FOTOLAR | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


Mətbuat Şurasının sədri QDİƏT komitəsinin iclasında iştirak edib - FOTOLAR

Cəmiyyət A- A A+
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İqtisadiyyat, ticarət, texnologiya və ekologiya Komitəsinin Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək 49-cu iclasında iştirak edib.
 
Mətbuat Şurasından verilən məlumata görə, QDİƏT-ə üzv ölkələrdə milli innovasiya sisteminin inkişaf perspektivlərinin müzakirə olunduğu iclasdakı çıxışında deputat əsasən ölkəmizdə “ASAN Xidmət” modeli ilə bağlı söhbət açıb. O bildirib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2012-ci ildən uğurla fəaliyyət göstərməkdədir. Bu fəaliyyət yalnız vətəndaşlara xidmətin təmərküzləşməsi deyil, habelə dövlət qurumlarının işinin əlaqələndirilməsi, təkmilləşdirilməsi, səmərəliliyinin artırılması baxımından müstənsa əhəmiyyət daşıyır.
 
Ə.Amaşov çıxışında həmçinin 2016-cı ildə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyətinə də toxunub. Qurumun xarakterik iş prinsipləri barədə ətraflı məlumat verib.
 
Qeyd edək ki, 19-20 oktyabr 2017-ci il tarixlərində keçirilmiş iclasda İqtisadiyyat, ticarət, texnologiya və ekologiya Komitəsinin Tiflisdə keçirilmiş 48-ci iclasının protokolu təsdiqlənib, 50-ci iclasın gündəliyi müəyyənləşdirilib, strukturu yenilənib.
1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...