Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.
Rayonun Səngəçal qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus 700 metr kabel oğurlanıb.
Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini Vəli Vəliyev tutulub.