Oktyabrın 21-də Astanadan Bakıya uçan, naviqasiya sistemində yaranan problem səbəbindən geri qayıdan sərnişin təyyarəsi Bakıya çatıb.
AZAL-dan Trend-ə verilən məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 11:00 Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.
Qeyd edək ki, Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi avialayner saat 22:56-da Astanada ştat rejimində eniş etdiyi haqda məlumat yayıb.
Təyyarədə 90 nəfər sərnişinin olduğu bildirilir.