"Dəli olmaq ən böyük xoşbəxtlikdir" 25 dil bilən azərbaycanlı

Cəmiyyət 09:32 24.10.2017

Bir çoxumuz xarici dil öyrənmək üçün illərimizi sərf edir, gecə-gündüz əziyyət çəkirik. Bəzən istəyimizə çatırıq, bəzən də yox. Əksəriyyətimiz daha çox dil bilən insanlara həsəd aparırıq, onlar kimi olmağı arzulayırıq. 

Elələri də var ki, 2, 3, 4 yox, nə az, nə çox - düz 25 dil bilir. Və belə insanlardan biri də Azərbaycanda yaşayır. Bu həmyerlimizin adı Emin Quliyevdir. Çoxları onu 25 dil bilən poliqlot və təlimçi kimi tanıyır. 

Emin Quliyevlə müsahibəni təqdim edirik.

- Hamı sizi 25 dil bilən poliqlot kimi tanıyır, bu dillərin hansını daha mükəmməl bilirsiz?

- Əvvəllər məsələyə dil öyrənmək kimi yanaşırdım, amma indi belə deyil. İtalyan, ispan, fransız, ingilis, alman, ukrayn, katalan dilləri olmaqla ümumilikdə 25-30 dildə normal danışıram. Hələ türk dünyasının dillərini saymıram. Yəni, belə götürsək 50-dən çox dil bilirəm. Bunlar arasında da əla, normal və nisbətən zəif şəkildə bildiklərim var. Ən böyük arzum dünyada dillərin sayını azaltmaqdır. Yəni hansı dillər hansı dillərin içərisinə daxil edilə bilər, dünya yarananda hansı ana dillər mövcud olub və o ana dillərə təsir edən bütöv bir dil olubmu? Seçdiyim 125 dil var ki, müntəzəm olaraq məşğulam. Bəzən deyirlər ki, nə üçün sənin bildiyin dillərin sayı artmır. Deyirəm ki, başqa işim gücüm yoxdur?! Artıq məni elmi məsələlər daha çox maraqlandırır.

- Eyni zamanda bədii yaradıcılıqla da məşğulsuz. Nədən yazırsız, romanlarınızın ana xəttini hansı mövzu təşkil edir və nə zaman çap etdirəcəksiniz?

- 16 romanım var, amma bizim cəmiyyət üçün deyil. Həddindən artıq dünyəvi və vacib mövzulardır. Transhumanizmi çox sevirəm, gələcəyin insanları başqa cür yaşamalıdır və s. mövzularda öz qəhrəmanlarımı yaratmışam və onlar silsilə kitablarımda, romanlarımda müxtəlif mövzulara toxunurlar. Təəssüf ki, bizim cəmiyyət belə şeyləri oxumur, onları daha çox məişət mövzuları maraqlıdır. Bu ilin sonuna kimi 4 kitab çap etdirmək fikrim var. Onlardan biri Azərbaycan dilində olacaq. Həmin kitab "Növbəti insan" adlanır.

- Eminin başqa hansı qabiliyyətləri var?

- Musiqi ilə də məşğulam, vokalı sərbəst şəkildə öyrənmişəm. Eyni zamanda idmanla da ara-sıra məşğul oluram və ən böyük arzularımdan biri də yeni bir idman növü yaratmaqdır.

- Dil öyrənənlərə məsləhətiniz nədir? 

- Ümumiyyətlə hansısa bir sahəni öyrənən insanlar üçün əsas bir şeyi deyərdim ki, heç bir şey ilk baxışdan göründüyü kimi deyil. Hər bir sahədə pərdəarxası bir mexanizm var. Məsələn, mən 17 yaşımda olarkən məktəbdə ingilis dilindən “1” alırdım, çünki avara idim. Məktəbi tərifnamə ilə bitirsəm də, etiraf edirəm ki, avara olmuşam. Təsadüfən uşaqlardan biri dedi ki, kim ingilis dilini yaxşı bilsə, onu Amerikaya aparacaqlar. Mən də başladım və 4 aya ingilis dilini öyrəndim, hətta sonra mənə “1” yazan müəllimin belə qrammatik səhvlərini düzəldirdim. Bu, nəyisə çox istəməkdən irəli gəlir, bir də götürmə qabiliyyəti lazımdır. Məsələn, dünyada məşhur şəxslərdən kimi soruşsanız, onun doğulduğu tarixi, yaşadığı şəhəri sizə deyə bilərəm. Bir dəfə eşitdiyim şey yadımda qalır. Amma bu fitri istedad, pataloji bir şey deyil, metadolojidir. Yəni elə bir yaddaş zamanla formalaşıb. İnsan doğulanda yaddaş kimdəsə güclü, kimdəsə zəif olmur. Yəni istənilən dili 10-15 günə öyrənmək olar, əgər o insan beyin olaraq buna hazırdırsa. Dil iki cür öyrənilir: təbii və süni yolla. Təbii forma odur ki, gedib o ölkədə yaşayırsan və həmin dili təbii şəkildə öyrənirsən. Biz hazırda dili süni şəkildə öyrənirik. Dili birinci dəfə öyrənənlə 3-cü bir dili öyrənən arasında fərq eyni deyil. Ona görə, ümumi şəkildə məsləhət də verə bilmirəm. Amma dil əsasən eşidilərək öyrənilməlidir. Bu yolla öyrəniləndə sürət daha böyük olur. Musiqi, kino və s. yolla. Bir də sərt düşünmə qabiliyyəti olmalıdır, yəni heç nə kortəbii şəkildə öyrənilməməlidir. Ümumiyyətlə nə ilə məşğul olursansa ol, bunu şüurlu şəkildə etməlisən. Əfsuslar olsun ki, hər insan şüurlu şəkildə bir işlə məşğul olmağın nə demək olduğunu dərk etmir. 

Hansısa bir mahnını götürüb müxtəlif dillərdə oxumağı , istəmisiniz?

- Başqasının yox, lakin öz yazdığım mahnılardan birini bu şəkildə oxumaq fikrim var. Dünyanın ən güclü ifaçıları, Maykl Cekson, Fredi Merkuri ancaq öz mahnılarını oxuyublar. Kiminsə mahnısını oxumaq onun kölgəsində qalmaqdır. Bəziləri dünyanın məşhur müğənnilərinin mahnılarını oxuyub, hətta həmin mahnılarla konsert də verirlər. Onlar bədbəxt insanlardır. Kimsə kiminsə yolunu gedərmi heç, ayıb deyil? Bu, başqasının cırıq ayaqqabılarını geyinməyə bənzəyir. (Qaynarinfo)

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Hamısı