Son günlər Azərbaycanın orta məktəb dərslikləri ilə bağlı ciddi problemlər ortaya çıxır. Belə problemlərdən biri də 5-ci sinif “Azərbaycan dili” dərsliyində aşkar edilib.
Sosial şəbəkələrdə gedən müzakirələrdə sözügedən dərslikdə “Şirvanşahlar sarayı” adlı mətnində mövzunu “İçərişəhər” metrosu ilə əlaqələndirməyə çalışan müəllifin bunu qeyri-peşəkar şəkildə etdiyi deyilir.
Belə ki, Şirvanşah İbrahim oğlu Xəlilüllahla diaqloqda ona dövlət qoyub getdiyini bildirir və bundan sonra birbaşa “İçərişəhər” metrosundan danışır. Bildirir ki, adıçəkilən metrostansiya Şirvanşahlar sarayının yanındadır.
5-ci sinif “Azərbaycan dili” dərsliyi sosial şəbəkələrdə ciddi müzakirələr yaradıb. Rəylərdə Təhsil Nazirliyi və kitab müəllifləri sərt tənqid olunub. (cebhe.info)