Əksər valideynlər övladına dərs keçən müəllimdən narazı qaldıqda ya uşağın oxuduğu məktəbı ya da sınıfı dəyışməli olur. Lakin valideynlər ubu yerdə bir məqamdan xəbərsizdilər. Onların müraciəti ilə şagirdə dərs deyən müəllimi başqa biri ilə əvəzləmək olar. Bunun üçün isə valideynin əlində tutarlı səbəb olmalıdır.
Valideyn müəllimdən narazıdı, amma sinfini deyil müəllimi dəyişmək istəyir. Bir sıra valideynlər bəzi müəlllimlərin dərs keçməsi və şagirdə yanaşma ilə bağlı narazılıqları var. Müəllimi dəyişmək istəyən valideynlər isə əksər vaxt bir müəllimə görə övladı oxutduğu məktəbdən çıxarır.
Ekspertlər isə hesab edir ki şagirdin məktəbi dəyişməsi əlavə problemlər yaradır. Bu xüsusi ilə aşağı siniflərdə daha çox mənfi nəticələrə yol açır.
Ekspert Kamran Əsədovun sözlərinə görə,sırf valideyn istəmir deyə müəllimi dəyişdirmək də olmaz .Bunun üçün müraciət edən valideynin əlində tutarlı səbəb olmalıdır.Və ən azında 3 dəfə övladının dərsində iştirak edərək ciddi səbəblərlə yazılı məktəb rəhbərliyinə müraciət etməlidir.
Müəllimin həmin sinifdə qalması və ya ümumiyyətlə məktəbdə yenidən dərs deməsi isə məktəbin elmi şuranın yekun qərarından sonra bəlli olur.