Apteklər vətəndaşları BELƏ ALDADIR

Cəmiyyət 15:31 26.10.2017
Bakıda apteklərin birində aldığın dərmanın keyfiyyətsiz olduğunu iddia edir. Lakin onun bu iddiasına nə aptek, nə də Səhiyyə Nazirliyində baxan olub.
 
Bu barədə Azad İstehsalçılar Birliyinə Bakı şəhər sakini İmran Haşımov müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, mütamadi istifadə etdiyi dərmanı sonuncu dəfə içəndə onda acılıq hiss edib. “Böyrək daşı xəstəliyi üçün resept əsasında aldığım “Ratun”adlı dərmandan istifadə edirəm. Bu ayın 23-də Nizami rayon Qara Qarayev prospekti ev 31-də yerləşən “Vita aptekləri” MMC aptekindən (Dərman “Avromed” firmasının paketində verilib 012 514 55 77) 27.30 AZN ödəyib bir qutu "Ratun" preparatı aldım. Qutunun içərisində 14 paket olur. Evə aparıb 1 paketdən istifadə etdim. Əvvəlki dərmanlardan fərqli olaraq bu dəfə boğazımda şirinlik əvəzinə acılıq gördüm. Həkimlə məsləhətləşdim. Həkim bunu dərmanın keyfiyyətinin aşağı olması ilə izah etdi, dəyişdirməyi məsləhət gördü. Qeyd edim ki, əvvəl bu dərmanı 27 AZN-ə almışdım. Aptekə qayıdıb bir paketi işlətdiyimi dedim, dəyişdirilməsini və ya qaytarılmasını xahiş etdim. Aptekdən mənə qəti etiraz bildirildi. Dərmanın keyfiyyəti və dəyişdirilməsi ilə bağlı müraciət üçün Səhiyyə Nazirliyinin Cəfər Cabbarlı küçəsində yerləşən ekspertiza mərkəzinə getdim. Burada mənim şikayətimə baxan olmadı”.
 
Müraciət edən şəxs bildirir ki, sonuncu aldığı “Ratun” dərmanından şübhəlidir: “Belə ki, qutu üzərində, habelə içlik kağızda dərman və qida əlavəsi olması yazılmayıb, hətta əvvəl aldığım dərmanın içliyində heç bir yazı olmayan sadəcə ağ kağız qoyulub. Əvvəl aldığım dərmanın ştrix kodu 869-la başlayır. Sonra aldığım dərmanın ştrix kodu 868-lə başlayır. Üzərindəki yazılarda və şəkillərdə fərqlər var. Sonuncu aldığım dərmanın tərkibindəki bəzi maddələrin miqdarı əvvəlkindən 10 dəfə az olsa da baha satılır və s. Xahiş edirəm istehlakçı hüququmu qoruyasınız, aldığım sonuncu dərman bir paket işlənmə şərtilə keyfiyyətli dərmanla dəyişdirilsin və ya qaytarılsın, sonuncu dərman ekspertizaya verilsin, markalanması başa düşülən vəziyyətə gətirilsin”.
Məsələ ilə bağlı adıçəkilən apteklə əlaqə saxlamağa çalışdıq, lakin telefona cavab verən olmadı. Şikayətçi İmran Haşımov bildirir ki, müraciətdən sonra onun ödədiyi pul geri qaytarılıb, dərmanın isə yalnız bir paketini özündə saxlaya bilib. Lakin İ.Haşımov dərmanın tərkibinin araşdırılmasını istəyir.
 
Azad İstehlakçılar Birliyinin dərsi Eyyub Hüseynov Publika.az-a açıqlamasında bildirib ki, “Ratun” adlı bu məhsulun dərman, yaxud da qida əlavəsi kimi qeydiyyatdan keçməsi barədə dəqiq məlumat yoxdur:
 
“Dərmanın içliyində bu barədə heç nə yazılmayıb. Buna görə də, biz dərmanın yoxlanılması üçün hansı quruma müraciət edəcəyimizi bilmirik. Bu dərmandırsa, o zaman Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi, qida əlavəsidirsə, Respublika Sanitariya-Karantin Müfəttişliyinə müraciət etməliyik. İmran Haşımov da əvvəl şikayəti ilə bağlı Səhiyyə Nazirliyinə müraciət ünvanlayıb, lakin onu Sanitariya-Karantin Müfəttişliyinə yönləndiriblər. Buna görə də güman edirik ki, bu qida əlavəsidir. Amma bu barədə dəqiq məlumatın içlikdə qeyd edilməməsi vətəndaşı çaşdırır. Üstəlik bu məhsul hələ də, satışdadır. Tərkibinin insan sağlamlığı üçün təhlükəli olub-olmaması araşdırılmalıdır”.
 
Sanitar-Karantin Müfəttişliyinin sədr müavini İsgəndər Qarayev Publika.az-a açıqlamasında bildirib ki, "Ratun” qida əlavəsidir və bu il fevralın 21-də qeydiyyatdan keçib:
 
“Həmin məhsul yoxlanılıb və insan sağlamlığı üçün təhlükəli olmadığı müəyyən edilib. Apteklərdə satılan bu qida əlavəsinin içərisində bununla bağlı məlumatın olmamasına biz məsuliyyət daşımırıq. Məhsul bizə təqdim ediləndə içlik vərəqəsi olub və orada qida əlavəsi olması məlumatı qeyd edilib. İçlik vərəqəsi yoxdursa, bu barədə vətəndaş aptek və məhsulu gətirən şirkət qarşısında məsələ qaldıra bilər”.
 
Qida əlavəsinin keyfiyyəti ilə bağlı vətəndaşın şikayətinə gəldikdə, İ.Qarayev buna görə də məsuliyyət daşımadıqlarını deyib:
 
“Qida əlavələrinin dadının fərqli olması, əvvəlki effekti verməməsi barədə bizə şikayətlər çox olur. Biz yoxlayarkən qida əlavəsi təhlükəsizlik tələblərinə uyğun olur. Dad və digər şikayətlər məhz sonrakı saxlanma şəraiti, ya da hər hansı maddənin az və ya çox olması ilə bağlı ola bilər. Qida əlavəsinin tərkibindəki maddələri yoxlamaq səlahiyyətimiz yoxdur. Vətəndaş şikayətini yalnız dərmanı ölkəmizə gətirən şirkətə çatdıra bilər”.(publika.az)
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı