Nizami Gəncəvini erməniləşdirən Azərbaycan müəllimi

Cəmiyyət 16:16 30.10.2017
Fars və erməni şovinistlərinin birgə fəaliyyət planı
 
Azərbaycanda dərsliklərin qeyri-peşəkar hazırlanması böyüməkdə olan nəslin psixikasına təsir göstərir. Bu barədə psixoloq Vəfa Əkbər bildirib.
 
Onun sözlərinə görə, qeyri-peşəkarlar tərəfindən hazırlanan dərsliklərdə verilən yanlış məlumatlar uşaqlarda inamsızlıq yaradır:
 
“Əslində, ilk dərslik kitablarında, məsələn, “Ana dili” dərsliyində çəkilən misallar, ədəbiyyat nümunələri və məlumatlar uşaqların psixologiyasının bünövrəsini təşkil edir. Əgər bu məlumatlar bir-birindən fərql olursa, onda həmin bünövrə sarsılır, uşaqlarda güvənsizlik yaranır”.

Vəfa Əkbər bildirir ki, primitiv səviyyədə hazırlanan dərsliklər uşaqları intelektual inkişafdan qoyur: “Bu cür primitiv yanaşma uşaqların IQ səviyyəsini aşağı salır. Məsələn, uşaqların hamısı bilir ki, 2-ni 2-yə vuranda  4 edir və bunu sübut etmək üçün hər kəslə mübarizə aparmağa hazırdırlar. Amma məlumatlar üst-üstə düşməyəndə uşaqlarda özünə inam ölür. Buna görə düşünürəm ki, dərslikləri bu cür primitiv hazırlamaqdansa, elmi yanaşma ilə tərtib etmək lazımdır”,- deyə psixoloq vurğulayıb.

Dərsliklərin tələm-tələsik hazırlanmasından bəzən tragikomik vəziyyət alınır. Məsələn, aşağı siniflər üçün hazırlanmış oxu kitablarının birində yazılıb ki, Şirvanşah İbrahim oğlu Xəlilullaha deyib ki, Bakıda metronun “İçərişəhər” stansiyasının yanında özünə saray tik. Təbii ki, 1417-ci ildən - Şirvanşah İbrahimin ölümündən əvvəl tikilmiş bu sarayın metro ilə bağlanması ən məlumatsız şagirddə belə gülüş doğura bilər və onlar kitabda yazılanları qeyri-ciddi sayarlar.

Xətalı dərslikdən bir səhifə

Xətalı dərslikdən bir səhifə

Dərslik kitabları ilə yanaşı məktəblilər üçün çap edilən dəftərlərdə də eyni problem yaşanmaqdadır. Məsələn, bu yaxınlarda  aşağı sinif üçün nəzərdə tutulmuş dəftərlərin birinin üzərində Nizami Gəncəvi fars şairi kimi təqdim edilir. Dəftər Azərbaycanda bazarın böyük bir hissəsini ələ keçirmiş şirkət rəsmiləri özlərini günahkar saymadılar və materialın “Vikipediya”dan götürülməsi ilə özlərinə haqq qazandırmaq istədilər.

Az-çox məlumatı olanlar bilir ki, xalq ensklopediyası adı verilmiş “Vikipediya”nı istənilən istifadəçi istədiyi kimi dəyişə bilər və onun yenidən həqiqətə uyğun hala gətirilməsi redaktorların savadından və istəyindən asılıdır. Xüsusilə də ki, Nizami Gəncəvi kimi həssas bir məsələdə “Vikipediya” kimi qeyri-ciddi mənbələrə istinad yolverilməzdir. Ümumiyyətlə, erməni millətçiləri və Azərbaycanın digər düşmənləri həmişə Nizaminin türk yox, fars olduğunu iddia edirlər.
 
Halbuki, Nizami Gəncəvi 1188-ci ildə Hirvanşah I Axsitanın sifarişi ilə yazdığı “Leyli və Məcnun” poemasında miliyyətcə türk olduğunu və şeirinin dilinin türkcə olduğunu, yalnız Şirvanşah I Axsitanın “türk dili yaraşmaz şah nəslimizə” deyə israr etməsi üzündən poemanı farsca yazdığını bildirir. Amma poemanı o, farsca yazsa da, türkləri çox öymüşdü.
 
Bunun nəticəsi idi ki, poema I Axsitanın xoşuna gəlməmişdi və o, şairə vəd etdiyi qanorarı verməmişdi. Nizaminin ölümündən bir neçə yüz il sonra fars millətçiləri əsəri saxtalaşdırmağa çalışıb orda türkü öyən hissələri çıxarmaq istəmişdilər. Amma nüfuzlu fars alimləri Vəhid Dəstgerdi və başqaları uzun araşdırmadan sonra doğru olan ən qədim nüsxələrdə Nizaminin türk olmasının və türkləri sevdiyinin təsdiqləndiyi qənaətinə gəldilər. Amma ermənilər və digər seperatçılar mütəmadi olaraq Nizaminin fars olduğunu irəli atırlar və saxta “Leyli və Məcnun” variantlarına istinad edirlər.
 
Bir qədər araşdırdıqda məlum olur ki, ermənilər 1940-cı illərdə Nizaminin məzarının təmir zamanı onun sinə daşının üzərinə erməni əlifbası ilə “İlyas Qandzakesi” yazıblar. Düzdür, indi lazer analizi bunun saxta olduğunu və 70-80 il əvvəl yonulduğunu dərhal müəyyən edir, amma 1940-cı illərdə bu, hələ məlum deyildi və ermənilər nə vaxtsa Nizaminin də erməniləşdirəcəklərinə ümid edirdilər.
 
İndi bu prosesin Azərbaycan təhsil sistemində getdiyini görmək olur. Əslində. Nizami kimi dəyərlərin oğurlanmasının qarşısını almaq üçün Azərbaycanın təhsil sistemi xüsusilə diqqətli olmalıdır. Başı çıxan hər bir kəs, xüsusilə də müəllimlər dərsliklərdə gördükləri belə xətaları dərhal müzakirəyə çıxarmalıdırlar. Ümumiyyətlə, bu cür problemlərdən qaçmaq üçün dərsliklər və tapşırıq dəftərləri indiki kimi şirkətlər tərəfindən deyil, Təhsil Napzirliyinin xüsusi elmi şurasında tərtib  edilməlidir.(istipress)
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı