Müəllimə intim təklif etdiyi deyilən direktor danışdı "Bir də gördüm hikkəylə girdi otağıma..."

Cəmiyyət 15:26 31.10.2017
Xəbər verdiyimiz kimi, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin keçmiş əməkdaşı Gülnar Ələsgərova məktəbin direktoru Allahverdi Vəliyevin əxlaqsız təklifindən imtina etdiyi üçün işdən çıxarıldığını iddia edib. G.Ələsgərova məktəbə ayrılan ərzağın direktora məxsus mağazada satıldığını, A.Vəliyevin tabeliyində çalışan qadın müəllimələri təhqir etdiyini də söyləyib. İttihamlardan biri də xadimələr olduğu halda əqli qüsurlu uşaqların sinif otaqlarını təmizləməyə məcbur edilməsidir.
 
İnternat məktəbinin direktoru Allahverdi Vəliyev isə virtualaz.org saytının redaksiyasına gələrək, haqqında səsləndirilən ittihamlara cavab verib. Hazırda özünün və ailəsinin gərgin vəziyyətdə olduğunu deyən direktor görüntülərini çəkməməyi xahiş edib.
 
"Baş tərbiyəçi olmaq iddiasında idi"
 
Gülnar Ələsgərova Təhsil Nazirliyinin tapşırığı ilə 2015-ci ilin aprelin 1-də 12 nömrəli xüsusi internat məktəbində tərbiyəçi müəllim kimi işə başlayıb. Direktor deyir ki, ilk 6 ayda dəfələrlə işə gecikib, bir otaqda oturduğu müəllimlə mübahisə edib. Oktyabrdan isə baş tərbiyəçi olmaq iddasına düşüb: "Məktəbdə baş tərbiyəçi ştatı bağlanıb. Buna görə də baş tərbiyəçilər ictimai əsaslarla işləyir. Ötən ilin aprelində baş tərbiyəçinin fəaliyyətini təhlil etdim, qənaətbəxş olmadığından bu vəzifəni məktəbimizin qocaman əməkdaşı Maisə Əliyevaya həvalə etdim. Bununla bağlı əmr imzaladım. Maisə Əliyevanı kollektivə mən təqdim etmək istəyirdim. Lakin həmin gün məni Təhsil Nazirliyinə çağırdılar. Müavinimə tapşırdım ki, tərbiyəçiləri toplayaraq, əmri elan etsin. Həmin iclasda Gülnar Ələsgərova dava salıb, yeni baş tərbiyəçini təhqir edib, sonra əmri cırıb. Deyib ki, baş tərbiyəçi yalnız özüm olacağam".
 
İclasdan sonra Gülnar Ələsgərova və Maisə Əliyeva direktora ərizə yazaraq ciddi ölçü götürülməsini tələb ediblər. Direktor isə məsələnin araşdırılması üçün ərazi üzrə polis bölməsinə müraciət edib. Araşdırma aparılıb, M.Əliyevaya qarşı cinayət işi açılıb. Lakin G.Ələsgərova barışıq ərizəsi yazıb.
 
Telefonla şantaj
 
Direktor deyib ki, məktəbdə 130 sağlamlıq imkanları məhdud uşaq, 56 pedaqoji heyət üzvü, 30 texniki işçi var. Ələsgərova gələnə qədər sakitlik olub. O, gələndən sonra məktəbdə hər kəsi şantaj etməyə başlayıb: "Telefonla səs yazırdı, şəkil, video çəkirdi. Hamıya da elan edirdi ki, sənin haqqında əlimdə materiallar var. Ona qarşı çıxanları qorxudurdu. Buna görə də ona dəfələrlə irad bildirmişdim, amma əməllərindən çəkinmirdi".
 
"Hikkə ilə kabinetimə gəldi..."
 
A.Vəliyev bildirib ki, G.Ələsgərovanın əməlləri bununla bitməyib. Mütəmadi işə gecikib, uşaqları tək qoyaraq qonşu siniflərdə vaxt keçirib. Bununla bağlı iradlara isə sərt cavablar verib: "Dedim ki, dəfələrlə xəbərdarlıq etmişəm, növbəti dəfə töhmət verəcəyəm. Sonra onunla söhbət edən müəllimi çağırıb iradımı bildirdim. Bir də baxdım hikkə ilə kabinetimə gəldi, dedi ki, sözünüz var, mənə deyin. İkinci töhməti verdim".
 
"Deyib ki, ona əxlaqsız təklif etmişəm, şoka düşdüm"
 
Allahverdi Vəliyev Gülnar Ələsgərova haqqında Təhsil Nazirliyinə şikayət edib. Gülnar Ələsgərova da öz nöbəsində direktor haqda nazirliyə şikayət ünvanlayıb. Hər ikisini Təhsil Nazirliyinə çağırıblar. Müəllim nazirlikdə direktorun ona əxlaqsız təklif etdiyini deyib. Direktor bunu eşidəndə şoka düşdüyünü söyləyir: "İlk anda pis vəziyyətə düşdüm. Yaxın günlərdə 60 yaşım olacaq, Gülnar Ələsgərova qızım yaşdadır. 19 ildir bu internat məktəbində direktoram, bütün kollektiv hörmətimi saxlayır. Ona əxlaqsız təklif etməyimlə bağlı dedikləri şər və böhtandır", - Vəliyev əlavə edib.
 
Qeyd edək ki, G.Ələsgərova məktəbdə kameraların olduğunu, işə giriş-çıxış saatlarının qeydə alındığını söyləyərək, kamera görüntülərini tələb etmişdi. Direktor isə deyir ki, məktəbdə quraşdırılmış kameraların yaddaşı 20 günlükdür. Buna görə də kamera görüntülərini təqdim edə bilmir. "Kamera görüntülərini izləmişik, sonra müavinlərimin iştirakı ilə aktlaşdırmışıq. Amma görüntüləri saxlamamışıq". Vəliyev onu da əlavə edir ki, bütün məktəbdə kamera olduğu halda, öz kabinetində kamera quraşdırmayıb.
 
"Mənim yeganə günahım odur ki..."
 
Redaksiyaya direktorun müəllimləri təhqir etdiyini, ardınca söyüşlər söydüyünü əks etdirən səs yazısı təqdim olunub. Vəliyev səs yazısının ona məxsus olduğunu etiraf edib: "Bu, mənim 19 illik rəhbərlik tarixində yeganə səhvimdir və bunu etiraf edirəm. Həmin gün bərk əsəbiləşmişdim. İnternatın müəllimlərindən biri kabinetimə gəldi və mübahisə etməyə başladı. Bərk əsəbi olduğumdan söyüş söydüm. Əvvəlki və ya sonradan hansısa müəllimə söyüş söyməmişəm".
 
"Uşaqlar sinifi yığışdırıblar"
 
Direktor onu da etiraf edir ki, uşaqlar sinif otaqlarını yığışdıra bilərlər. Amma məlum foto və videogörüntülər ona şər atmaq üçün qurama ola bilər. A.Vəliyev ona intizam təhbehi verilməsi ilə bağlı deyilənləri də təkzib edib.
 
"Mağazanı göstərsin, ona bağışlayım"
 
İttihamlardan biri də məktəbə gətirilən ərzaqların direktora məxsus mağazada satılmasıdır. Vəliyev bu ittihamı rədd edib: "Gülnar müəllimə həmin mağazanı göstərsə, ona bağışlayacağam".
 
Qeyd edək ki, Gülnar Ələsgərova işə bərpa və buraxılmış iş günlərinin əməkhaqqının ödənilməsi tələbi ilə direktoru məhkəməyə verib. Məhkəmə noyabrın 20-də olacaq.
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı