Amerikalı jurnalist BAMF-ın ofisində göz yaşlarını saxlaya bilmədi FOTOLAR

Cəmiyyət 13:07 13.11.2017
Amerikalı jurnalist,  “Kent” Çikaqo Universitetinin siyasi və beynəlxalq münasibətlər  üzrə eksperti Piter Tes Azərbaycana səfəri zamanı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində olub. Səfərin məqsədi BAMF-ın işi və onun humanitar fəaliyyəti ilə tanış olmaq, həmçinin əməkdaşlığa dair məsələləri müzakirə etmək idi. 
 
Umud Mirzəyev BAMF-ın ofisində qonaqla görüşüb və Fondun fəaliyyətinin əsas istiqamətləri barədə qonağa məlumat verib. Bildirib ki, BAMF 1992-ci ildə təsis edildiyi andan etibarən fəaliyyətini genişləndirərək Azərbaycandan kənarda, dünyanın müxtəlif ölkələrində tərəfdaşlardan ibarət geniş şəbəkəyə malikdir. Fondun prezidenti qonağa  BAMF-ın 25 il ərzində vətəndaş cəmiyyəti, qaçqın və məcburi köçkünlərlə iş istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. Mətbuat qurumu olaraq obyektiv informasiyanın yayılması da Fondun fəaliyyətinə daxildir. Beynəlxalq strukturlar, BMT agentlikləri, Azərbaycandakı diplomatik missiyalarla əməkdaşlıq edən Fond müxtəlif  humanitar layihələr həyata keçirir. Umud Mirzəyev regionda sülhün təmin olunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, münaqişədən daha çox dinc əhali əziyyət çəkir.
 
Görüşdə Piter Tes və BAMF prezidenti Umud Mirzəyev bir sıra məsələlərə, eləcə də əməkdaşlığın genişləndirilməsi mövzusuna toxunublar.
 
BAMF prezidenti ilə görüşdən sonra Piter Tes Fondun və Eurasia Diary analitik-informasiya portalının iş şəraiti ilə tanış olub. Ona Fondun dərc etdirdiyi kitablar təqdim olunub. Həmçinin Piter video-çarxlar və sənədli filimlər, eləcə də studiya tərəfindən həyata keçirilən layihələrin montaj olunduğu “Eurasia Production”-ın studiyası ilə tanış olub. O, studiyanın Tərtərin Həsənqaya və Şıxarx kəndlərində yaşayan uşaqlar haqqında çəkdiyi və BMT-nin Cenevrədəki ofisində nümayiş olunan “Müharibənin uşaqları” adlı videonu izləyib. Videoya baxarkən Piter Tes göz yaşlarını saxlaya bilməyib. Videoçarxda izlədiklərindən mütəəssir olan Piter Tes deyib:
 
“İnsanların çoxu azərbaycanlıların üzləşdiyi faciə barədə heç nə bilmir. Dağlıq Qarabağ münaqişəsini işıqlandırmaq  çox önəmlidir. Allah bilir, bu uşaqlar cəbhə xəttində necə yaşayır, nə ilə məşğul olur? Biz onlardan çox uzağıq”.
 
O, Dağlıq Qarabağ münaqişəsinin işıqlandırımasının, işğalçıların qətlə yetirdiyi günahsız dinc sakinlər, qaçqın və məcburi köçkünlərin məhrumiyyətləri barədə dünyaya danışmağın vacibliyini vurğulayıb. Cəbhəyanı ərazilərdə işğalçıların törətdiyi dağıntılar, vandalizm faktları Piteri dəhşətə gətirib. O, müharibədən əziyyət çəkmiş azərbaycanlıların həyatı, hər gün işğalçıların hədəfinə çevrilmiş dinc sakinlər və onların uşaqları barədə dünyaya danışmaq istədiyini bildirib.  
 
Piter Tes BAMF-ın BMT ECOSOC-la əməkdaşlığının və  25 il aktiv fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb.  Qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının vacib olduğunu qeyd edib.
Qeyd edək ki, Piter Tes dağlıq Qarabağ münaqişəsi haqqında bir neçə kitabın müəllifidir. Budəfəki səfərində Piter Azərbaycan Dillər Universitetində və Bakı Slavyan Universitetində bir sıra mühazirələrlə çıxış edib.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Hamısı