"Qızıl Darvaza"-dan keçən körpü salanlar. Golden Gate Bridge haqqında bilmədiklərimiz Özəl yazı

Cəmiyyət 19:15 13.11.2017
“Qızıl darvaza” körpüsü (the Golden Gate Bridge) - bu, dünyanın ən məşhur asma körpüsüdür, həm də San-Fransiskonun rəmzidir. Körpü şəhəri Sakit Okeanı birləşdirən “Qızıl darvaza” boğazı üzərində yerləşdiyinə görə ona belə bir ad veriblər. Mən əvvəllər elə düşünürdüm ki, məhz Kaliforniya ştatında böyük qızıl mədənləri tapılandan sonra həmin qızılların xaricə satılması üçün ən münasib limanların məhz San Fransizkoda yerləşdiyinə görə bu boğaza belə bir ad veriblər. Amma sən demə yanılmışam. Deyilənə görə, 1846-cı ildə, onda hələ Kaliforniyada qızıl mədənləri heç aşkarlanmamışdı, amerikalı məşhur hərbi kapitanlardan biri Con Fremont bu boğaza baxıb və bura “Şərqlə ticarət üçün qızıl qapıdır” deyib. Elə həmin ifadə boğaza ad qoyuluşu zamanı da istifadə olunub. Əlqərəz. San Fransizkoya gəlib buraya baş çəkməmək qeyri-mümkündür. Elə turistlərin bir çoxu məhz bu körpünü görmək üçün San Fransizkoya gəlir. Biz də eləmə tənbəllik bu, dünyanın ən uzun körpülərindən biri hesab olunan 1937-ci ildən istifadəyə verilən körpünü piyada keçmək qərarına gəldik. Sutka ərzində körpünün altı zolağı ilə 100 minə yaxın avtomobil hərəkət edir və sürücülərin hər biri obrazlı desək körpünün kassasına beş dollar ödəyir. Bizim kimi piyadalar və velosiped sürənlər üçün isə pulsuzdur. Zolaqların sayı isə maşın axınından asılı olaraq, dəyişilir. Adi iş günlərində səhərlər cənub tərəfdən dörd, şimaldan isə iki zolaq görmək mümkündür. Həmin ayırıcı zolaqlar plastmas dirəklərdir ki, onların yerlərini asanlıqla dəyişdirmək mümkün olur. Orta hesabla, burada il ərzində cəmi bir dəfə avtomobil qəzası baş verir. 
 
Körpü narıncı-qırmızı rəngdədir. Bu, onu dumanlı havada yaxşı görməyə kömək edir. Körpü təkcə yaxşı mənada deyil, həm də pis mənada ad çıxarmışdır. Körpünün bütün tarixi ərzində 1.300-ə yaxın adam özünü onun üzərindən aşağıya atmışdır ki, bunun nəticəsində körpüyə “İntihar edənlər körpüsü” adı verilmişdir. İntihar etmək istəyən şəxs 67 metr hündürlükdən tullanarkən 120 km/saat sürətlə aşağıya doğru hərəkət edir ki, nəticədə dörd saniyədən sonra o biri dünyaya qovuşmuş olur... Orta hesabla, bu körpüdə hər iki həftədən bir kimsə həyatına qəsd edir Burada baş verən intihar sayının dəqiqliyini müəyyən etmək mümkün deyil, belə ki, həmişə hadisənin şahidi olmur. Havanın çox vaxt dumanlı olması və ya intihar hallarının gecə baş verməsi baxımından, bəzən qeydə alınmayan intihar hadisələri də olur. Hətta belə hallar da olub ki, insanlar San-Fransiskoya məhz özlərini öldürmək üçün gəliblər. 2006-cı ilin məlumatına əsasən, körpüdən özünü atanlardan yalnız 26-ı sağ qalıb. Körpüdən tullanaraq intihar etməyə çalışan və bu zaman ciddi zədə almayan yalnız bir nəfər olub.
 
İntihar hallarının artmasının qarşısını almaqdan ötrü bir neçə təklif irəli sürülürdü. Bunlardan biri – gecə vaxtlarında piyada keçidini bağlamaq idi. Körpüyə yalnız velosipedçilər keçə bilərdi; belə ki, onların gedişi elektron-nəzarət qapısının köməyi ilə izlənilirdi. Anti-suisid təklifi ilə körpü üzərində hasar tikilməsi planlaşdırılırdı. Lakin bu, mümkün olmadı. Buna iki səbəb - həm maliyyə məsələsi, həm də ictimai müxalifət mane oldu. Hasar inşa edilməsinin təxmini dəyəri 15-20 milyon dollar həcmində idi. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Qızıl Qapı körpüsünə münasibət dəyişdi. Körpü ABŞ-ın gözəl simvollarından, gəzib-görməli yerlərindən birinə çevrildi. Milli Qvardiyanın müdaxiləsi ilə burada təhlükəsizlik tədbirləri həyata keçirilməyə başladı. 2004-cü ilin aprelində Kaliforniyanın qubernatoru A.Şvarsenegger iqtisadi baxımdan münasib sayılmayan mühafizənin götürülməsi göstərişini verdi. Milli Qvardiyanın körpüdə və onun ətrafında yerləşdirilmiş postları ləğv edildi. Hazırda körpüdə yerli polis və onunla əməkdaşlıq edən mühafizə strukturları keşik çəkir. Körpü boyunca xüsusi telefonlar quraşdırılıb. Bu telefonlarla potensial intihar edənlər Mərkəzi Krizis Məsləhətxanası ilə bağlana bilərlər. Telefonların yanında belə bir yazı var: «There is hope. Make the call. The consequences of jumping from this bridge are fatal and tragic» («Ümid var. Zəng et. Bu körpüdən özünü atmanın nəticəsi məşum faciədir»). Şükür ki, bizim aramızda özünə suiqəsd etmək məqsədi ilə buraya gələn yox idi və sağ-salamat körpünü keçdik. Amma bununla kifayətlənmədik. Körpünün altı ilə də gəmi ilə qısa 1 saatlıq turdan da istifadə etdik. Bunun üçün isə 31 dollar ödəməlisən. Tur zamanı təkcə körpünü yox, eləcə də məşhur Alkatras adasındakı eyni adlı həbsxananı da yaxından görmək mümkündür. 

Ayaz Mirzəyev, Eurasia Diary, San Fransizko, Kaliforniya 

 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Hamısı