Deputatlar nə qədər qazanır? MAAŞ, MÜAVİNƏT VƏ GÜZƏŞTLƏR

Cəmiyyət 15:22 16.11.2017

Xəbər verildiyi kimi, bir qədər əvvəl Mill Məclisdə 2018-ci il üzrə büdcə müzakirələri aparılarkən bəzi deputatlar maaşlarının artırılmasını tələb etmişdilər.  Deputatlar bunun onunla əsaslandırmışdılar ki, hazırkı əməkhaqları onlara normal fəaliyyət göstərmək üçün kifayət etmir. 

Bununla əlaqədar olaraq FED.az Azərbaycanda Milli Məclisin deputatlarının əməkhaqqı və imtiyazlarını araşdırıb. Araşdırma göstərir ki, minimum əməkhaqqının 116 manat, pensiyanın isə 110 manat (hər iki rəqəm deputatların özü tərəfindən təsdiqlənib – red.), orta əməkhaqqının isə 550 manat olduğu ölkədə deputatların maaşları və imtiyazları ilə nəinki həm dolanmaq, həm də işinin öhdəsindən gələrək cəmiyyətə fayda vermək mümkündür. Gəlin rəqəmlərə nəzər salaq.  

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti Milli Məclisə mənsubdur. Milli  Məclisin tərkibi 125 deputatdan ibarətdir.

Seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaş qanunla nəzərdə tutulmuş qaydada Milli Məclisə deputat seçilə bilər.

Həmçinin deputat seçilməyə namizəd olan şəxsə ali təhsilin olması ilə bağlı hər hansı bir şərt qoyulmayıb.  Milli Məclisin deputatı toxunulmazdır və vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək səlahiyyətinə malikdirlər.

Məlumdur ki, hər bir şəxs kimi deputatların da maddi təminatı vardır.  Bu da öz növbəsində  hər ay vəzifə maaşı və deputatlar səlahiyyətlərini yerinə yetirilməsi ilə əlaqədar olaraq vergilərdən tam azad olunmuş pul təminatından ibarətdir. Eyni zamanda, özünün nümayəndəlik səlahiyyətlərini yerinə yetirmək üçün hər il vəzifə maaşının 2 ( iki) mislində müavinət alır.

Bəs Milli Məclis deputatlarının vəzifə maaşı nə qədərdir?

Milli Məclisin sədrinin müavini, komissiya və komitə sədri, müavinləri, deputatların vəzifə maaşları Milli Məclisin sədrinin vəzifə maaşına faiz nisbətində müəyyən olunur.

Belə ki, Milli Məclisin sədri 2250 manat miqdarında aylıq vəzifə maaşı alır. 

Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi (2025 manat), Milli Məclis sədrinin müavini - 85 faizi (1912 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1800 manat), Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi (1687 manat), Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi (1575 manat) miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar (787-1125 manat arasında).

Milli Məclisin deputatları üçün əlavə hansı təminat və öhdəliklər vardır?

Səlahiyyət müddəti deputatın tam iş stajına daxil edilir və bu müddət bitdikdən sonra işə düzələnədək 1 (bir) il ərzində vəzifə maaşının 80 faizi miqdarında müavinət alır. Milli Məclis tətilə buraxılan zaman deputatlara məzuniyyət verilir və bu müddət ərzində istirahət,müalicə xərclərinin qarşılanması üçün 2 (iki) aylıq vəzifə maaşı miqdarında müavinət alır.

Deputatın mənzil təminatı qanunla tənzimlənir. 

Belə ki, Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir.

Deputatlıq fəaliyyəti ilə əlaqədar olaraq Bakı hüdudlarından kənara gedən deputat nəqliyyat vasitəsi ilə təmin edilir, həmçinin ölkə daxilində dəmiryolu, su, hava, avtomobil nəqliyyat vasitələrindən istifadə üçün sənədləri növbədənkənar əldə etmək hüququna malikdir.

Dövlət deputatın təhlükəsizliyinə zəmanət verir və səlahiyyət müddəti ərzində hərbi toplanış və çağırışdan azad olunur.

Deputat mütəmadi olaraq seçicilərlə əlaqə saxlaması, ölkənin hər şəhərində və rayon mərkəzində seçicilərlə görüşü üçün otaqla təmin olunur.

Deputatın mənzili, əşyaları, nəqliyyat vasitəsi, sənədləri, rabitə vasitələri və yazışmaları toxunulmazdır.

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Hamısı