Bu dərmanlar apteklərdən yığışdırıldı

Cəmiyyət 19:54 16.11.2017
Best Pharma MMC-yə məxsus aptekin həkim resepti olmadan güclü təsir edən maddə hesab edilən tramadol tərkibli “Royal” və “Paden” adlı 7 ədəd həbi qanunsuz satması aptek sahibinə cinayət işinin açılması ilə nəticələnib.
 
Bu hadisə apteklərdə bəzi hallarda reseptsiz də satılan psixotrop dərmanların satışını bir daha gündəmə gətirdi.
 
Məsələ ilə bağlı Axar.az-ın apardığı sorğuya Bakı şəhərində fəaliyyət göstərən apteklərdən cavab olaraq bildirilib ki, sözügedən dərmanların satışı artıq həyata keçirilməyəcək. Belə ki, bir çox apteklərdən psixatrop tərkibli dərmanlar yığışdırılıb.
 
Bildirilib ki, aptek rəhbərləri şəxsi təşəbbüsləri ilə bu tərkibli dərmanların satışını dayandırıblar. Satışdan yığışdırılan dərmanlar sırasında “Tromadol”, “Tramal”, “Kontramal”, “Royal”, “Paden” və s göstərilir. Bəzi aptek rəhbərləri sözügedən psixatrop tərkibli dərmanların satışını hətta reseptlə də həyata keçirməyəcəklərini açıqlayıblar.
 
Maraqlıdır, psixotrop dərman hesab edilən “Tramadol” nədir? Onu kimlər alır?
 
Narkotik tərkibli bu dərman bir zamanlar Azərbaycanda apteklərdə gizli yollarla da satılıb. Onun 150 və 300 dozalı olanları var. 150 doza 5 manat, 300 dozalı “Tramadol” isə 10 manatdır.
 
Bu dərman güclü asılılıq yaradır və insan şüuruna çox ağır psixoloji təsir edir. Hətta narkotikdən daha ağır effektləri var. Bu dərmandan asılılıq o həddə çatır ki, aludəçisi olanlar vaxtında qəbul etməyəndə qaşınma, dəri-zöhrəvi xəstəliyi, tərləmə, halsızlıq, ürəkgetmə halları baş verir. “Tramadol” sonsuzluğa da yol açır.
 
Bu preparatdan ancaq güclü ağrısı olanlar, məsələn, xərçəng xəstələri istifadə edə bilərlər. Həmin dərmanın əlavə təsirindən biri də bu dərmanın asılılıq yaratmasıdır. Həmin dərmanlar eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir, şüur pozğunluğuna səbəb olur.
 
Məlumata görə, “Tramadol” dərmanlarını yalnız 14 yaşından yuxarı xəstələr qəbul edə bilərlər. Güclü narkosərxoşluq və asılılıq yaradan narkotik vasitə kimi Ukraynada, Belarusda dövriyyəsi qadağan olunub.
 
Xatırladaq ki, bu preparatların satışını həyata keçirmək üçün apteklərə Səhiyyə Nazirliyindən xüsusi lisenziyalar verilməli, həmçinin həmin apteklər bunun üçün Səhiyyə Nazirliyindən xüsusi icazə almalıdır. Bu xüsusi icazədən sonra apteklər sözügedən dərmanların satışını ancaq reseptlə həyata keçirə bilərlər.
 
Şərtlər bununla bitmir. Belə ki, reseptdə ancaq psixatrop tərkibli dərmanlardan ancaq biri qeyd edilə bilər. Bu resept isə 15 gün müddətinə keçərlidir ki, müddət bitdiyi günə qədər dərman alınmasa, apteklərin satmasına icazə yoxdur.
 
Qeyd edək ki, Bakı Prokurorluğu və Bakı Baş Polis İdarəsi apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılmasına dair zəruri tədbirlər həyata keçirib.
 
Best Pharma MMC-yə məxsus aptekdə güclü təsir edən maddə hesab edilən tramadol 225 mq-lik tərkibli “Royal” adlı və preqobalin tərkibli “Paden” adlı 7 ədəd həbin qanunsuz satılmasında əsaslı şübhələr müəyyən edilib. Bu səbəbdən Bakı Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 240.2.2-ci (təkrarən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma) maddələri ilə cinayət işi başlanıb. Satıcı həbs edilib, aptekin sahibi axtarışdadır.
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı