Ermənistan ordusu Ağdam rayonunun Çəmənli kəndini müxtəlif çaplı silahlardan atəşə tutub.
Hər gün atəşə tutulan cəbhə kənd sakinləri işğalçı Ermənistan ordusunun nəzarəti altında olan pay torpaqlarında əkib becərdiyi pambıq yığımında təhlükə ilə üzləşirlər. Kənd sakinləri axşam saatlarında atəşkəsin daha çox pozulduğunu deyir.
Kəndin ərazisini açıq-aydın müşahidə edən erməni hərbçilər dinc əhalini görən kimi atəşə tutur. Təsərrüfat sakinləri dəfələrlə ermənilərin hədəfinə çevrilib. Bu səbəbdəndə əkin işlərini adətən gecə aparırlar.
Atəşkəsin pozulması ilə yaranan çətinliklərə baxmayaraq, Çəmənlidə həyat öz axarındadır. Digər cəbhəyanı bölgələrdə olduğu kimi, burada da soydaşlarımız Ali Baş Komandana və Azərbaycan ordusuna güvənir.