Rəsulzadənin adı yenidən BDU-ya qaytarıla bilər

Cəmiyyət 11:29 18.11.2017
Bir neçə gün bundan öncə ölkə başçısı Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Qeyd edək ki, gələn il Azərbaycan Cümhuriyyətinin də 100 illik yubileyi qeyd olunacaq. Şanlı dövlətin yadigarı olan Bakı Dövlət Universitetinin də 100 illik yubileyinin keçirilməsi təqdirəlayiq hadisədir.
 
Xatırladaq ki, Azərbaycan Cümhuriyyətinin 1919-cu il 1 sentyabr tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya və tibb fakültələri, 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski idi.
Universitetin 1920-30-cu illərdə aparıcı müəllimləri yazıçı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar – professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alimlər olublar. Həmin dövrlərdə rəhbərliyin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə universiteti ziyarət ediblər.
 
Böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə ilk illərdə burada Şərq xalqları ədəbiyyatından dərs deyib.
 
Elə Rəsulzadə demişkən, universitetin yaranmasında onun da böyük xidmətləri olub. Çünki yeni qurulan, maliyyə vəsaiti olmayan gənc bir dövlət üçün universitet açmaq və onun maddi təminatını ödəmək o qədər də asan deyildi. Bəzi solyönümlü fraksiyalar AXC parlamentində buna qarşı çıxırdılar. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli və Rəşid bəy Qaplanov üçlüyü sonadək öz prinsipiallığını qorudular və nəticədə universitetin təməli qoyuldu.
 
Bu xidmətlərinin müqabilində Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Bakı Dövlət Universiteti bir müddət elə Rəsulzadənin adını daşıdı. Hazırda universitetin həyətində Rəsulzadənin heykəlinin qoyulacağı haqqında bildiriş lövhəsi də var.
 
Amma sonra BDU-dan Rəsulzadənin adı götürüldü. Bəzi məlumatlara görə, 100 illik yubiley ərəfəsində Məhəmməd Əmin Rəsulzadnin adı yenidən BDU-ya qaytarıla bilər. 
 
Bəs ziyalıların bu barədə fikirləri nədir? 
 
Universitetin professoru, media eksperti Qulu Məhərrəmli və BDU-nun məzunu, “Şərq” qəzetinin baş redaktoru, media tarixçisi Akif Aşırlı bu məsələylə bağlı fikirlərini Modern.az-la bölüşüblər.
 
Qulu Məhərrəmli – “Vaxtilə belə bir qərar verildi ki, şəxs adları ali məktəblərin üzərindən götürülsün. Bilmirəm, bu nəyin nəticəsi idi?! Ümumiyyətlə, Rəsulzadəyə qısqanc yanaşmağın özü tarixi səhdir. O, bu dövləti quran ən böyük şəxsiyyətlərdən biridir. Həyatı ilə, fəaliyyəti, elmi, biliyi ilə Azərbaycan adını yaşadan bir adamdır. Azərbaycan adına siyasi rəng verən bir adamdı. Azərbaycanda o vaxtlar - XX əsrin əvvəllərində müsbət enerjini dövlət qulluğuna yönəltmiş şəxsdi. Universitetin ilk rektoru Razumovskinin də xatirələrində var ki, parlamentdə bu məsələ müzakirə ediləndə buna ən çox qayğı, diqqət göstərən Rəsulzadə olub. Bu səbəbdən belə hesab edirəm ki, adının universitetin üzərində olması Rəsulzadənin mənəvi haqqıdır. Necə ola bilər ki, uzun illər Kirovun adına ola bilir, amma universitetin yaranmasına iştirak edən Rəsulzadənin yox?! Belə bir addım atılsa, minlərlə insanın ürəyini oxşamış bir qərar olar. Məsələn konservatoriyadan  Üzeyir bəyin adı götürülmüşdü. Amma bunun özü də bir formal idi. Çünki hamı bilirdi ki, konservatoriya uzun illər Üzeyir bəyin adına olub. Biz də sənədlərə baxanda görürük ki, BDU uzun illər Rəsulzadənin adına olub. Cümhuriyyətin 100 illiyi ərəfəsində belə bir addımın atılması vaxtında verilən və insanların könlünü oxşayan bir qərar olar”.
 
Akif Aşırlı – “Əgər həmin sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsində BDU-ya Məhəmməd Əmin Rəsulzadənin adının qaytarılması məsələsi reallaşarsa, bu, çox müsbət addım olar. Rəsulzadənin haqqının tanınması olar. BDU-nun əsasının qoyulması uzun prosesin nəticəsi idi. Rəsulzadənin siyasi rolunun burada çox böyük əhəmiyyəti olub. Sizə deyim ki, Bakıda ali məktəbin açılması əleyhinə parlamentdə fikirlər səsləndirənlər var idi. Onlar bundan ötrü müəyyən səbəblər irəli sürürdülər: Guya Azərbaycan hökuməti yeni qurulduğu üçün büdcəsi tam formalaşmayıb, buna görə də belə bir ali məktəbi qurmaq mümkün olmayacaq. Başqa bir əsasları isə müəllim kadrları ilə bağlıydı. Onlar deyirdilər ki, “universitetdə dərs deyəcək ali məktəb müəllimlərimiz yoxdu. Xaricdən də gətirdiyimiz professorlar nə dərəcədə Azərbaycan mühitinə uyğunlaşacaq və dövlət üçün lazımı kadrların yetişməsini necə həyata keçirə biləcəklər?”. Bu barədə Qarabəy Qarabəyovun, müxtəlif fraksiyaların, deputatların fikirləri var. 
Amma Rəsulzadə bunların hamısına qarşı gedərək, Bakıda universitetin açılmasının vacibliyini müəyyən səbəblərlə açıqlayıb. Öz arqumentini irəli sürüb və bir neçə iclasda bunu müdafiə edib. Özü də universitet açılandan sonra Şərq xalqlarının ədəbiyyat və tarixindən dərs deyib. 
 
Universitetə Rəsulzadənin adının verilməsi çox gözəl addım olardı. Amma bir məsələ də var ki, bütün ali təhsil ocaqlarından şəxs adları götürülüb. Səhv etmirəmsə, belə bir sərəncam da verilmişdi.
 
Amma bu Rəsulzadənin haqqıdır. Hələ universitet yaranan zaman çox böyük xidmətləri olub. Universitetin həyətində Rəsulzadənin heykəlinin qoyulacağını bildirən lövhə də var”.
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO

Xəbər xətti

"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:49 23.04.2024
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
12:42 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Qazaxla sərhəddə ermənilər arasında dava düşdü - VİDEO
12:36 23.04.2024
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
12:34 23.04.2024
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
12:27 23.04.2024
Umud Mirzəyev: "Revanşist siyasət Ermənistanı fəlakətə apardı"
12:22 23.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
12:15 23.04.2024
Çin ABŞ qadağalarına məhəl qoymur
Çin ABŞ qadağalarına məhəl qoymur
12:10 23.04.2024
Haaqada “Ermənistan Azərbaycana qarşı” işi üzrə Azərbaycan nümayəndəliyinin növbəti müdafiəsi keçirilir - CANLI - VİDEO
12:09 23.04.2024
ATƏT Qərbi Azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləməlidir - BƏYANAT
12:05 23.04.2024
Siyavuş Novruzov: “Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin, ona başa salaq ki..."
11:52 23.04.2024
Aİ yenidən Rusiya qazına üz tutdu
Aİ yenidən Rusiya qazına üz tutdu
11:50 23.04.2024
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO
11:49 23.04.2024
RƏSMİ! Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
11:41 23.04.2024
Ermənistan DİN minatəmizləmə işlərinin aparılması üçün Bağanis-Voskepar yolunu bağlayıb
11:31 23.04.2024
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:15 23.04.2024
Sosial ödənişlər 25 apreldə yekunlaşacaq
11:10 23.04.2024
Milli Məclisin növbəti iclası başlayıb
11:04 23.04.2024
Ermənistandan Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
11:04 23.04.2024
Sülhməramlıların Qarabağı tərk etməsi, Cənubi Qafqazda sülh, III Dünya Müharibəsi? - Politoloq Əlimusa İbrahimovla MÜSAHİBƏ
11:00 23.04.2024
Rəsmi Tehran: "İran Azərbaycan və Ermənistan arasında razılaşmalara hörmətlə yanaşır"
10:55 23.04.2024
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
10:32 23.04.2024
Ermənilər Aşağı Əskiparadan toplanan minaları partladacaq
10:27 23.04.2024
2 nəfər Çinli casusluqda ittiham olunur
2 nəfər Çinli casusluqda ittiham olunur
10:20 23.04.2024
Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
10:07 23.04.2024
Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
09:40 23.04.2024
Polşadan Rusiyaya “nüvə” hədəsi
Polşadan Rusiyaya “nüvə” hədəsi
09:37 23.04.2024
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
09:34 23.04.2024
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:30 23.04.2024
Hamısı