“İnzibati müdaxilə üçün haqlı əsas yaranır...” Amaşov

Cəmiyyət 14:00 20.11.2017
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Dünya Mətbuat Şuraları Assosiasiyasının Hindistanda keçirilmiş illik toplantısında iştirak edib.
 
Mətbuat Şurasından verilən məlumata görə, toplantıda öncə təşkilata üzv ölkələrin ötən müddətdə gördükləri işlərə dair hesabatı dinlənilib. Ə.Amaşov çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, başlıca missiyası cəmiyyətin müxtəlif təbəqələrinin kütləvi informasiya vasitələrindən şikayətlərinin araşdırılması, qərar və rəylərin çıxarılması olan Azərbaycan Mətbuat Şurasının tədbirləri ictimai qınağa əsaslanır. Bu, medianın özünütənzimləməsinin mahiyyətindən irəli gələn missiyadır və kifayət qədər effektiv nəticələr verir.
 
Ə.Amaşov çıxışında mövcud xüsusdakı bir sıra statistik göstəricilərə də diqqət çəkib. Şura sədri həmçinin vurğulayıb ki, media məkanı dinamikdir, mətbuat şuraları artan tələbatları qarşılamaq, o cümlədən söz və ifadə azadlığı ilə bağlı tendensiyaları daim diqqətdə saxlamaq üçün özlərinin ənənəvi iş prinsiplərini təkmilləşdirməlidirlər.
 
“Bəzən elə situasiyalar yaranır ki, onlara reaksiya verilməsi mütləqdir. Belə hallarda mətbuat şuraları üçün yanaşma nədən ibarət olmalıdır? Məsələn, söz və ifadə azadlığı ilə bağlı spekulyasiyalar. Düşünürəm ki, mövzu aktuallığını saxlayır. Xüsusən yeni medianın təşəkkül tapdığı, informasiya paylaşımı üçün münbit zəminin formalaşdığı indiki dönəmdə media azadlığının ayrı-ayrı cəmiyyət üzvlərinin mənafelərinə təsiri daha çox müzakirə edilməlidir. Təbii, medianın peşəkarlıq meyarları dəyişməzdir, sabitdir. Ancaq real vəziyyət bundan ibarətdir ki, internet məkanda baş verən qeyri-peşəkarlığın daha çox hüquqi müstəvidə müzakirəsinin vacibliyi məsələsi önə çıxır. Çünki media bəzən cəmiyyətdəki, belə desək, azadlıq balansını öz xeyrinə dəyişir. Belə bir durumda inzibati müdaxilə üçün haqlı əsas yaranır. Hesab edirəm ki, mətbuat şuraları işlərini elə şəkildə qurmalıdırlar və elə mexanizmlər işlənməlidir ki, bu müdaxiləyə ehtiyac qalmasın”, – deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib.
 
Oxşar mövzu illik toplantı çərçivəsində keçirilmiş “Dünyada qlobal dəyişikliklər və medianın məsuliyyəti” mövzusundakı “dəyirmi masa”da da müzakirə olunub. “Dəyirmi masa”da eyni zamanda müxtəlif siyasi proseslərin mediaya təsiri, peşəkarlıqla bağlı yeni standartlar da müzakirə mövzusuna çevrilib. Ə.Amaşov toplantıdakı çıxışında Azərbaycan mediasının vəziyyəti barədə məlumat verib, dünyada ikili standartların mövcudluğu şəraitində medianın ümummilli maraqlara yanaşması ilə bağlı məsələlərdən söz açıb.
 
Ə.Amaşov həmçinin Hindistanda Milli Mətbuat Günü ilə əlaqədar təşkil olnunan bayram tədbirinə də qatılıb. Hindistan jurnalistlərini azərbaycanlı həmkarları adından təbrik edən MŞ sədri Hindistandakı eyni adlı qurumun rəhbərinə simvolik hədiyyə kimi hind tacirlərinin Bakıda tikdirdikləri Atəşgah məbədinin maketini təqdim edib.
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Hamısı