Bakıda İslam Həmrəyliyi ili münasibəti ilə “İslam Həmrəylinin güclənməsində medianın rolu” mövzusunda konfrans keçirilib

Cəmiyyət 13:46 30.11.2017
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli qeyd edib ki, konfransın təşkilatçıları Beynəlxalq Avrasiya Mətbuat Fondu və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərinin Jurnalistləri Assosiasiyasıdır. Onun sözlərinə görə, Misirin aparıcı media nümayəndələri konfransda iştirak etmək, eyni zamanda Azərbaycan mətbuatı, ölkəmizin ictimai-siyasi həyatı ilə daha yaxından tanış olmaq məqsədilə Bakıda səfərdədirlər.
 
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərinin Jurnalistləri Assosiasiyasının sədri Fazil Güney bildirib ki, Azərbaycanda İslam Həmrəyliyi ilinin elan olunması islam ümməti üçün tarixi hadisədir: “İslam Həmrəyliyi ili çərçivəsində təşkil olunan bu vacib görüşdə ərəb dünyasından olan jurnalistləri ilə media sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq”.
 
Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev isə rəhbərlik etdiyi fondun müxtəlif tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb: "Lakin mən hesab edirəm ki, bugünkü tədbir əvvəlki tədbirlərdən daha mühüm əhəmiyyət kəsb edir". O , Misirli media təmsilçiləri ilə birgə müzakirələrin səmərəli nəticə verəcəyinə əmin olduğunu bildirib.
 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin əməkdaşı Bəhruz Həsənov konfransın Azərbaycanla ərəb ölkələri, xüsusən Misir arasında media əməkdaşlığının qurulmasında vacib rol oynayacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, tədbir media müstəvisində yeni mərhələnin başlanğıcı olacaq: “Mətbuatımız İslam ölkələrinin media qurumları ilə sıx əməkdaşlıq etməlidir. Azərbaycan İslam sivilizasiyasının formalaşmasında yaxından iştirak edən, zəngin tarixi irsi olan ölkədir. Tarix boyu Azərbaycanda dinlər və məzhəblər arası həmrəylik mövcud olub. Azərbaycan İslam həmrəyliyinin nümunəvi modelini yaradıb. Bu model öyrənilməli və təbliğ edilməlidir. Terrordan əziyyət çəkən ölkə kimi biz terrorun bütün təzahürlərinə qarşı mübarizə aparırıq. Azərbaycanın İslam ölkələri ilə qarşılıqlı və faydalı əlaqələri var. Bəzi islam ölkələrinin təcavüzkar Ermənistanla əməkdaşlıq etməyə, dostluq yaratmağa cəhd etməsi İslam meyarlarına ziddir”. 
 
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev bildirib ki, qarşımızda duran əsas məsələlərdən biri İslam ölkələrinə qarşı yönələn bütün təsirlərə qarşı mübarizə aparmaqdır. Səfir islam ölkələrinin  bu sahədə bir-birinə yardım göstərməsini də vacib sayıb: "Bəzən belə fikir yaranır ki əgər müsəlman ölkəsiyiksə,  müsəlman dünyasında bütün qapılar üzümüzə açıqdır. Lakin bu sahədə problemlər var. Mən uzun illər ərəb ölkələrində səfir vəzifəsində çalışan şəxs kimi bilirəm ki, Qarabağ problemindən İslam ölkələrindəki beynəlxalq tədbirlərdə danışanda erməni lobbisi, erməni təşkilatları buna mane olmağa çalışırlar. Həmin tədbirlərdə Azərbaycan haqqında düzgün məlumatlar verildikdə ölkəmizə qarşı münasibətlər dəyişir. Lakin islam amili çox güclü faktordur və biz bundan maksimum şəkildə faydalı istifadə etməliyik”.
 
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbül Kərim və Mərakeş Krallığının  Azərbaycandakı səfiri Mühəmməd Adil Embarş  konfransın təşkilini yüksək qiymətləndiriblər və İslam həmrəyliyi ilə bağlı fikirlərini bildiriblər. Bununl yanaşı İran və Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliklərinin təmsilçiləri də tədbirin uğurlu keçməi üçün öz ürək sözlərini bildiriblər.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nicat Məmmədli, Misirin “Əxbar Əl-Yaum” qəzetinin baş redaktoru Rufat Fayyad və Mətbuat Şurasının üzvü , İki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də çıxış edərək qarşılıqlı əməkdaşlığın vacibliyi haqqında danışıblar.
 
Qeyd edək ki, Misir jurnalistlərinin Azərbaycana səfəri dekabrın 3-dək davam edəcək. Səfər çərçivəsində onların Cocuq Mərcanlı kəndinə səfəri də nəzərdə tutulub.
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı