Ermənilər onun ölüm hökmünü vermişdi

Cəmiyyət 14:38 05.12.2017

Təzəpir məscidində mərhum jurnalist Tatyana Çaladzenin üç mərasimi keçirilir.

Mərasimdə tanınmış media və ictimaiyyət nümayəndələri iştirak edir. Mərasimə qatılanlar mərhumənin Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında gördüyü işləri yüksək qiymətləndirib və xatirəsini yad ediblər.

Mərasimdə iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Tatyana Çaladzenin Latviyada anadan olmasına baxmayaraq o bütün həyatını, Azərbaycana bağladığını deyib.

“Onu Azərbaycana gətirən Qarabağda atılan mərmilərin səsi idi. O Qarabağ münaqişələrini, ermənilərin haqsız torpaq iddialarını dünayaya çatdırmağa gəlmişdi. Onun istər Xocalı hadisələrini faktlar əsasında işıqlandırması, istərsə də Dağlıq Qarabağda əsgərlərin torpaqlarımızın azadlığı uğrunda şərəfli ölümlərini əks etdirən araşdırma yazıları onu bizim yaddaşımızda əbədiləşdirəcək. İlk reportajı məhz cəbhə bölgəsindən oldu. Azərbaycanlı olmasa da o bu haqsızlığa göz yummadı və sona qədər bu həqiqətləri işıqlandırmağa davam etdi. Onun itkisi Azərbaycan mətbuatına ağır zərbədir. Tatyana Çaladze istər jurnalist olaraq, istərsə də insan olaraq çox gözəl və vətənpərvər insan olub desək yerinə düşər. O azerbaycanı öz vətəni kimi sahiblənən jurnalist olub. Allah rəhmət eləsin", - Amaşov bildirib.

Jurnalistlərin Həmkarları İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də çıxışında Tatyana Çaladzenin peşəkar jurnalist olmaqla yanaşı, həm də çox vicdanlı insan olduğunu deyib:

“Məhz bunun nəticəsidir ki, T.Çaladze Latviya vətəndaşı ola-ola Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına bütün həyatını həsr etmişdi. Tatyana Çaladzenin Azərbaycana gəlişi 1990-cı illərin əvvəllərinə təsadüf edir. O illərdə Azərbaycan informasiya blokadası şəraitində yaşayırdı. İndiki kimi internet resursları yox idi, informasiyanı tez bir zamanda dünyaya çatdırmaq mümkün deyildi. Azad televiziya, mətbuat orqanları yox idi. Hər şey Moskva tərəfindən idarə edilirdi. Sovet qurumları isə ermənipərəst olduqları üçün Azərbaycan əleyhinə fəaliyyət göstərməyə meyilli idilər”.

M.Ələsgərli qeyd edib ki, belə bir dövrdə T.Çaladze informasiya blokadasını yarıb və Azərbaycanın haqq səsini dünyaya çatdırıb:

“O, qəzet yazılarında, çap etdirdiyi kitablarında Qarabağ həqiqətlərini, Xocalı hadisələrini işıqlandırdı. Allah ona rəhmət eləsin”.

Mərhum jurnalistin ailə üzvlərindən biri onun uzun illər bədənindəki qəlpə ilə yaşadığını deyib:

“Əməliyyat qərarını isə son anda qəbul etdi. Riskli olduğu üçün o bu əməliyyatı uzun illər düşünürdü. Qızına görə çox narahat idi. Əməliyyatla bağlı tərəddüdləri olsa da, nəhayət buna razılıq verdi. Əməliyyatdan çıxanda həkimlər hər şeyin normal olduğunu desələr də, bir anda vəziyyəti pisləşdi. Ermənilər Tatyananın öldürülməsi üçün hökm vermişdilər. Elə arzularına da çatdılar. Həmin erməni qəlpəsi onu axırına çıxdı”.

Qeyd edək ki, Azərbaycanın əməkdar jurnalisti Tatyana Çaladzenin Azərbaycan, xüsusən də Dağlıq Qarabağ həqiqətlərinin çatdırılmasında xidmətləri böyükdür. O, 1992-ci ildə məhz Qarabağ münaqişəsini işıqlandırmaq üçün doğulub boya-başa çatdığı və jurnalist kimi çalışdığı Latviyadan ölkəmizə gəlib. Müharibənin canlı şahidinə çevrilib, döyüşlərdə yaralanıb. T.Çaladze çoxsaylı məqalələrində Qarabağ konfliktinin tarixini, erməni separatçılığının ideoloji tərəflərini geniş təsvir edib, Azərbaycanın ədalətli mövqeyinin fəal təbliğatçısı olub. Mərhumun 2014-cü ildə çapdan çıxmış “Karabaxskaya oteçestvennaya: Oni umirali çestno” kitabı bu baxımdan xüsusi qiymətləndirilir. (Kult.az)

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı