Yeni nəsil şəxsiyyət vəsiqələrinin əlavə üstünlükləri AÇIQLANDI

Cəmiyyət 15:13 07.12.2017
Yeni nəsil şəxsiyyət vəsiqələrinə "elektron imza" sertifikatlarının daxil edilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) infrastruktur hazırlanıb.
 
Bunu MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzinin mütəxəssisi Həbib Abbasov bildirib.
 
Onun sözlərinə görə, bu infrastruktur növbəti illərdən təqdim olunması nəzərdə tutulan vəsiqələr üçün "elektron imza" sertifikatlarını təmin edəcək.
 
"Ümumilikdə, bu infrastruktur, bu həllər vətəndaşlarımıza sığorta xidmətləri, internet bankçılıq, elektron sifariş və müqavilələr, elektron ödənişlər, ümumiyyətlə "elektron hökumət" portalında fəaliyyət göstərən dövlət qurumlarının təqdim etdiyi xidmətləri əldə etmək üçün açar rolunu oynayacaq. Bu xidmətlərin əldə olunması hər bir vətəndaşımız üçün əlçatan olacaq. Çünki "elektron imza"ların vəsiqələrə tətbiq olunması nəzərdə tutulduğu üçün hər bir vətəndaşımız bu imkanlardan yararlanacaq. Bundan başqa, yeni nəsil şəxsiyyət vəsiqələrində "elektron imza" sertifikatlarının olması hər bir vətəndaş üçün qurulacaq infrastruktur sistemində şəxsi kabinet olmasına da səbəb olacaq ki, bu şəxsi kabinetdə hər birimiz haqqında məlumatlar var. Artıq "e-id.az" portalı tərəfimizdən hazırlanıb, istifadəyə tam hazırdır. Portalda özünəxidmət funksiyaları yerləşdirilib, hansı ki, şəxsi kabinet modellərində həmin informasiyalar cəmlənib. Portala hər bir şəxs daxil olduqda özünə aid olan məlumatları görəcək", - deyə H.Abbasov qeyd edib.
 
Qurum rəsmisi əlavə edib ki, yeni nəsil şəxsiyyət vəsiqələrinə sahib olan vətəndaş heç bir quruma getmədən öz əməliyyatlarını həyata keçirə biləcək: "Məsələn, abituriyentlər məktəbi bitirib universitetə daxil olarkən real praktikada müəyyən kağız sənədlər formalaşır ki, bunlar da universitetlərə təqdim olunmalıdır. Bu sistemlər tam formalaşdıqdan sonra universitetlərə getmədən belə sistem üzərindən şəxsiyyət vəsiqəsində olan "elektron imza" vasitəsilə müvafiq qurumlara təqdim oluna biləcək. Bundan başqa, qanunvericiliklə 10-15 yaşına qədər olan vətəndaşların imza qoymaq səlahiyyəti olmadığından bu yaş qrupundan olan vətəndaşlar üçün autentifikasiya sertifikatları yazılacaq. O yaşdan yuxarı vətəndaşlarımız üçün isə həm imza və autentifikasiya sertifikatı tətbiq olunacaq. Çünki sənədlərin imzalanması üçün imza sertifikatları tələb olunur, şəxsi kimliyin informasiya sistemlərində tanınması üçün isə autentifikasiya sertifikatları vacibdir. Bunun üçün də hər iki sertifikat çipdə öz əksini tapacaq".
 
Yeni vəsiqələrdə tətbiq olunacaq elektron imzaların digər dövlətlərdə tanınmasına gəlincə, MHM mütəxəssisi qeyd edib ki, artıq bununla bağlı işlər görülür: "Biz vəsiqələrdə olacaq "elektron imza"lardan xarici dövlətlərdə istifadəsi olunmasını nəzərdə tuturuq. Eyni zamanda qonşu dövlətlərin imzalarının bizdə tanınması üçün artıq infrastruktur qurulması planlaşdırılır. Növbəti illərdə qonşu dövlətlər, Türkiyə, Qazaxıstan, Rusiya, İran, Gürcüstanla körpü mərkəz formalaşdırılacaq ki, bununla da istənilən vətəndaşımız öz evində oturaraq Türkiyədə hansısa bank hesabı aça, etibarnamə göndərə biləcək. Bizim formalaşdırdığımız elektron sənədin və ona əlavə olunan elektron imzanın qarşı tərəfə tanınması üçün bu istiqamətdə işlər həyata keçirilib, növbəti illərdən real praktikada tətbiqi nəzərdə tutulub. Türkiyə tərəfi ilə danışıqlar aparılır və beynəlxalq standartlara tam şəkildə cavab verməsi üçün texnoloji tərəfləri araşdırılır".
Qeyd edək ki, gələn ildən Azərbaycan vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək. Vəsiqələrdə xüsusi çiplər olacaq ki, bu çiplərdə də "elektron imza" sertifikatları tətbiq ediləcək. Təqdim olunan elektron imzaların müddəti 5 ildir, vəsiqələrin müddəti isə 10 illikdir. 5 ildən sonra vətəndaş kartını sistemə daxil etməklə elektron imzanı avtomatik yeniləyəcək.(apa)
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Hamısı