Millət vəkili Vüsal Hüseynovun AŞPA-nın Hüquq məsələləri komitəsində “İşgəncə və ölüm cəzasının icrası üçün istifadə edilən vasitələrin (alətlər, avadanlıqlar və sair) ticarətinə qarşı beynəlxalq qaydaların (tənzimetmənin) gücləndirilməsi” üzrə məruzəsi qəbul edilib.
Millət vəkili bu barədə özü məlumat yayıb. O bildirib ki, məruzə AŞPA-nın yanvar sessiyasında plenar iclasda müzakirə ediləcək.
V.Hüseynov həmçinin komitə tərəfindən AŞPA-nın “İnsan hüquqları və biznes” mövzusunda olan yeni məruzəsi üzrə məruzəçi təyin edildiyini də qeyd edib.