Qlobal Su, Təhlükəsizlik və Sağlamlıq İnstitutunun rəhbərliyi “Azərsu” ASC-də olub

Cəmiyyət 15:25 23.12.2017
Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycanda səfərdə olan Qlobal Su, Təhlükəsizlik və Sağlamlıq İnstitutunun (QSTSİ) rəhbəri Nidal Salimlə  “Azərsu” Açıq Səhmdar Cəmiyyətində görüş keçirilib. Görüşdə QSTSİ-nin nümayəndəsi Bens Fulop və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud  Mirzəyev də iştirak edib.
 
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov qonaqları salamlayaraq Azərbaycanda həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verib, bu sahədə beynəlxalq maliyyə təşkilatları və nüfuzlu xarici şirkətlərlə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Azərbaycanda su təsərrüfatı sektorunda həyata keçirilən layihələrin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini xatırladan  Q.Hüseynov bildirib ki, “Azərsu” ASC dünyada su sahəsində ən mötəbər qurumlardan sayılan Dünya Su Şurasının, Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının üzvlüyünə qəbul edilib və bu təşkilatlarda fəal təmsil olunur.  
 
Q.Hüseynov qeyd edib ki, ətraf mühitin qorunması sahəsində beynəlxalq təşkilatlar səviyyəsində görülən işlərə baxmayaraq, Ermənistan beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozur. Erməni təcavüzü nəticəsində işğal altında qalan Sərsəng su anbarı baxımsız hala düşüb və onun ehtiyatlarından siyasi təhdid vasitəsi kimi istifadə olunur. Bununla bağlı Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlar səviyyəsində  narahatlığını ifadə edib.
 
“Azərsu” ASC-nin sədri 2013 və 2014-cü illərdə keçirilmiş su texnologiyaları  sərgi və konfranslarına, həmçinin 14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində keçirilmiş 1-ci Bakı Beynəlxalq Su Həftəsinə beynəlxalq təşkilatlar tərəfindən böyük maraq göstərildiyini  xüsusi vurğulayıb. 
 
QSTSİ direktoru Nidal Salim 2013-cü ildə Bakı şəhərində keçirilmiş Su texnologiyaları sərgi və konfransında iştirakını xatırlayaraq “Azərsu” ASC-nin fəaliyyətini yaxından izlədiyini və yüksək qiymətləndirdiyini bildirib. Rəhbərlik etdiyi təşkilat barədə məlumat verən N.Salim  qeyd edib ki, QSTSİ  UNESCO Su Məsələləri üzrə İnstitutun, Dünya Su Şurasının, Asiya Su Şurasının, Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının və İsveçrə Su Əməkdaşlığı Təşkilatının idarə heyətində təmsil olunur. N.Salim 2018-ci ilin mart ayında Braziliyada keçiriləcək Beynəlxalq Su  Forumuna hazırlıq tədbirləri barədə məlumat verib və əlavə edib ki, forum çərçivəsində birgə əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Dağlıq Qarabağ münaqişəsinin fəsadları ilə tanış olduğunu deyən qonaq Azərbaycan ərazilərinin işğalı nəticəsində su hövzələrinə vurulan mənfi təsirin qarşısının alınması üçün birgə əməkdaşlığın vacibliyindən danışıb.
 
 QSTSİ-nin nümayəndəsi Bens Fulop təmsil etdiyi institutun su təhlükəsizliyi məsələləri ilə məşğul olduğunu xatırladıb və hazırda su təhlükəsizliyinin çox aktual məsələyə çevrildiyini bildidrib. 
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev  QSTSİ ilə dünya su problemlərinin, su təhlükəsizliyi məsələlərinin araşdırılması və dünyaya çatdırılması, su ehtiyatlarından hər kəsin azad istifadə imkanlarının gücləndirilməsi məqsədi ilə imzalanmış memorandumun əhəmiyyətindən danışıb. Bildirib ki, BAMF və QSTSİ  Qafqazda, Orta Asiyada, Yaxın Şərq ölkələrində, Afrikada və postsovet məkanında su və təhlükəsizlik kimi məsələləri birgə tədqiq edərək müharibədən zərər çəkmiş şəxslərin sosial imkanlarının gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcək.    
 
Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, birgə fəaliyyətin dəstəklənməsi ətrafında müzakirələr aparılıb.
 
Səfər çərçivəsində qonaqlar “Azərsu” ASC-nin Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi və Mərkəzi laboratoriyanın fəaliyyəti ilə də tanış olublar. 
 
Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksində qonaqlara məlumat verilib ki, 2015-ci ildə istismara verilmiş kompleksdə su ultrasüzgəc texnologiyasına uyğun ən yüksək səviyyədə, heç bir kimyəvi təmizlənmə aparılmadan tam qapalı, avtomatik rejimdə mexaniki üsulla təmzilənir. Məhsuldarlığı saniyədə 6,6 kubmetr təşkil edən kompleks Abu Dabi Qlobal Su Sammitində dünya su sənayesinin ən önəmli layihələrindən biri seçilib. 
 
Daha sonra “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasına gələn QSTSİ və  BAMF təmsilçiləri laboratoriyanın fəaliyyəti ilə yaxından tanış olublar. Qonaqlara məlumat verilib ki,  laboratoriya içməli su və tullantı suları bölmələrindən ibarətdir. Bölmələrinin hər birində mikrobioloji və fiziki-kimyəvi analiz şöbələri yerləşir. Laboratoriyada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılıb. Bu cihaz  və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı analizlər aparmaq mümkündür. 
 
Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi və Mərkəzi laboratoriya ilə tanış olan qonaqlar bu səfərin onlarda xoş təəssürat yaratdığını bildirib və “Azərsu” ASC-nin fəaliyyətini yüksək qiymətləndiriblər. 
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
Hamısı