Dünyanın dörd bir yanından Azərbaycana ünvanlanan sevgi dolu TƏBRİKLƏR

Cəmiyyət 17:05 31.12.2017

Xaricdə yaşayan həmvətənlərimizin qarşıdan gələn 2018-ci il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqımıza təbriklərini təqdim edirik.

Samirə Patser - Almaniya, Berlin.

(Almaniya-Azərbaycan forumu çərçivəsində mədəniyyət sahəsinin rəhbəri və Avropa Əməkdaşlıq Forumunun sədri)

"Həmvətənlərimi həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yeni il bayramı münasibətilə təbrik edirəm. Tale elə gətirib ki, təqvim ilinin dəyişməsi tarixinə bütün dünyada yaşayan soydaşlarımızın "Həmrəylik günü" də təsadüf edir. Bu da təsadüfi deyil. Çünki məhz bu tarix soydaşlarımızı rəmzi mənada birləşdirən, onların həmrəyliyini əks etdirən bayramdır. İlk illər bu bayramın əhəmiyyəti bizə tam agah olmasa da, zaman keçdikcə, ölkəmiz güclənib, nüfuzu artdıqca xaricdə yaşayan azərbaycanlılar "Həmrəylik günü"nün önəmini daha dərindən hiss edirlər. Diasporumuz hələ gəncdir, birgə daha çox pillələri qalxacağımıza ümid edirəm. Həmçinin, qarşıdan gələn 2018-ci ildə həmvətənlərimə ailə səadəti, sevinc dolu günlər, sülh və əminamanlıq arzu edirəm".

Mirvari Fətəliyeva - Fransa, Paris.

(Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi, Paris Azərbaycan evinin rəhbəri)

"Paris Azərbaycan Evi təşkilati adından 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, dünyanın hər bir güşəsində yaşayan həmvətənlərimizə səadət və işlərində davamlı uğurlar arzulayıram!

2018-ci ilin xoş hadisələrlə zəngin olmasını, bəşəriyyətə əmin-amanlıq gətirməsini, Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşına, Demokratik Respublikaya layiq töhfələr verməsini, bütün azərbaycanlılara hər cəhətdən düşərli olmasını, mehriban dostluqlar, sevgi və xoşbəxtliklə dolu keçməsini diləyirəm!

Sözdə deyil, əməldə həmrəy olmaları diləyi ilə "Həmrəylik günü"nüz və Yeni iliniz mübarək olsun!"

Lev Spivak- İsrail

(“Azİz” İsrail, Azərbaycan beynəlxalq assosiasiyasının icraçı direktoru)

"Əziz dostlar, “Azİs” assosiasiyasının bütün üzvləri adından sizi Yeni il və Azərbaycanlıların Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edirəm. İsrail və Azərbaycan xalqına 2018-ci ildə sağlamlıq, xoş güzəran, sevinc və müvəffəqiyyətlər arzu edirəm.

Qoy bu il Bakının və Qüdsün meydanlarını balacaların qəhqəhəsi, parklarda əyləşən ağsaqqalların, ağbirçəklərin səsləri bürüsün. Həm azərbaycanlılar, həm də yəhudilər bizim qəlbimizdədirlər. İki ölkəni bir-birindən ayıran kilometrlərə rəğmən arzularımız, amalımız da bir-birinə çox bənzəyir. Hər iki xalq öz mədəniyyətini, tarxi dəyərlərini qoruyub, yaşadır, qonaqpərvərdir. Ən əsası isə öz qonşuları ilə sülh və əminamanlıq içərisində yaşamaq istəyirlər.

“Azİs”in fəaliyyət göstərdiyi illər ərzində ölkələrimiz arasında mədəni, ictimai-siyası əlaqələrin daha da möhkəmləndirilməsinin şahidi oluruq. Ümid edirik ki, "Odlar Yurdu” Qarabağ məsələsini də sülh yolu ilə həll edib, məcburi köçkünlərini tarixi torpağlarına qaytaracaq".

Billura Bernard adlı şəxsin şəkli.

Billurə Bernard - Nigeriya, Laqos.

(Azərbaycanın Dostları Təşkilatının sədri)

"Nigeriyada fəaliyyət göstərən Azərbayanın Dostları Təşkilatı adından bütün Azərbaycan xalqını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəliyi Günü və Yeni il bayramı münasibəti ilə ürəkdən təbrik edirik.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik Günü getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu gün ölkəmiz dünyada güclü müstəqil dövlət kimi tanınır.

2018-cı ildə uzaq Nigeriyadan xalqımıza bolluq, firavanlıq, əmin-amanlıq və ölkəmizin hər zaman inkişaf etməsini, çiçəklənməsini arzu edirik!"

Yeni Zelandiyada deputatlığa azərbaycanlı namizədlə MÜSAHİBƏ: BÖLGƏNİN LİDERİDİR

Tofiq Məmmədov - Yeni Zellandiya, Oklend.

(Azərbaycan Milli Cəmiyyətinin sədri)

"Vətəndən nə qədər uzaqda yaşasaq da, həmvətənlərimizi, doğma Azərbaycanı unutmuruq. Xalqımıza 2018-ci ildə bütün sahələrdə bol-bol uğurlar arzulayıram. Hər kəsə uzun ömür, ən əsası, can sağlığı arzu edirəm. Çünki can sağlığı varsa, hər şey yoluna düşəcək. İnanıram ki, bundan sonra ölkəmiz daha da güclənəcək.

Happy New Year!"

Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Hamısı