Sərnişinlərdən biri “BakuBus”a məxsus avtobuslarda notebookunu unudub.
“BakuBus” MMC-dən verilən məlumata görə, hava Limanı ekspress xətti üzrə hərəkət edən avtobusda Notebook HP, HQ-TRE,71025 (Model: 13-ac001ur) unudulub.
İtirilmiş əşyanın sahibi *4242 (qaynar xətt) və ya (012) 404-11-10 nömrəli telefonlar ilə əlaqə saxlayaraq şirkətin Zığ-Hövsan yolunun 1-ci km-də yerləşən inzibati binasına yaxınlaşıb öz əşyasını götürə bilər.