Kütləvi davada ölənin kimliyi məlum olub.
Bu, Dəliməmmədli qəsəbə sakini 1996-cı il təvəllüdlü Cəbrayılov Zülfüqardır.
Bıçaq xəsarətləri alanlardan birinin kimliyi bəlli olub - Dəliməmmədli qəsəbə sakini 1995-ci il təvəllüdlü Hatəmi Anar Azad oğludur.
İnsident zamanı daha bir neçə nəfərin bıçaqlandığı bildirilir.
***
23:08
Goranboyun Dəliməmmədli qəsəbəsində kütləvi dava olub.
Dava zamanı bir neçə nəfər bıçaqlanıb.
Bıçaqlananların arasında ölənin də olduğu bildirilir.
Yaralılar Gəncədəki xəstəxanalara yerləşdiriliblər.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.