Yanvarın 4-də Goranboy rayonu ərazisində bir nəfəri qətlə yetirməkdə, dörd nəfərə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən iki nəfər saxlanılaraq istintaqa təhvil verilib.
DİN-dən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Rəvan İsmayılovdan başqa Saləddin Quliyev də istintaqa təhvil verilib.
Hər iki şəxs - Daşkəsən rayon sakini Rəvan İsmayılov və Saləddin Quliyev 4 yanvar tarixində Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakinləri Zülfi Cəbrayılovu qətlə yetirməkdə, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hətami və Nicat Əliyevə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinirlər.
Qeyd edək ki, rayonun Dəliməmədli şəhərində yerləşən "Kral" marketə bir qrup şəxs hücum edib. Bu zaman marketin əməkdaşları ilə hücum edən şəxslər arasında mübahisə yaranıb.
Mübahisə zamanı marketə hücum edən şəxslər oradakı əməkdaşlardan 5 nəfərini bıçaqlayıblar. Bıçaqlanan şəxslərdən bir - Dəlməmmədli şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Əbili oğlu Cəbrayılov Abbas Səhhət adına Xəstəxanaya aparılarkən yolda ölüb. Ağır bıçaq yarası alan 4 nəfər - 1995-ci il təvəllüdlü Hətami Anar Azad oğlu, 1993-cu il il Nicat Əliyev, 1995-ci il təvəllüdlü Zeynələbdin Həsənov və 1993-cü il təvəllüdlü Fəxrəddin Məmmədov Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər.
Məlumata görə, hadisə marketə hücüm edən şəxslərdən birinin orada işləyən xanıma əxlaqsız təklif etməsi üstündə baş verib.
Hadisəni Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü Rəvan Şəfran oğlu İsmayılov bir neçə nəfərlə əlbir olaraq törədib.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda 120.2.1, 120.2.2 və 29, 120.2.7-ci maddələrlə cinayət işi başlanıb və araşdırma davam etdirilir.