Bakı metrosunda bu avadanlıqlar dəyişdirilir FOTOLAR

Cəmiyyət 18:36 18.01.2018

"Nərimanov" elektrik deposunun park yollarında "Thales" şirkətinin iştirakı ilə işarəvermə avadanlıqlarının yeni nəsil analoqları tətbiq ediləcək.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, Yeni sistemlərin qoşulması ilə dispetçer mərkəzləşmə məntəqəsi də tamamilə yeni əsaslarla qurulacaq: "Lakin depo ərazisində hərəkətin təşkili və təhlükəsizliyin təmin edilməsi bununla tamamlanmayacaq.

Gələcəkdə park yolları tamamilə dəmir-beton konstruksiyalı şpallardan ibarət olacaq. Mərhələ-mərhələ bütün yollarda tətbiq ediləcək bu yeniliyin iqtisadi və təhlükəsizlik baxımından daha sərfəli olması, yollara qulluq həcminin minimuma endirilməsi və işçi qüvvəsindən daha səmərəli istifadə etməyə imkan verməsi ilə seçilir. Taxta nümunələri ilə müqayisədə beton şpallar uzunömürlüdür və 50 il istismar müddətinə malikdir. Onlar həm də depo ərazisinin və yolların estetik görkəmini dəyişəcək".

N. Paşayev qeyd edib ki, 2016-cı ilin sonundan "Bakı Metropoliteni"QSC özünün dəmir-beton konstruksiyaları istehsalatı sahəsində dünyanın aparıcı müəssisələrindən olan "Vollert" şirkəti ilə sıx əməkdaşlıq şəraitində inşa edilmiş beton blokların istehsalı sexi fəaliyyətə başlayıb: "Bu tip şpallar "Nərimanov" elektrik deposunda hazırda inşası davam edən sınaq yolunda, pilot layihə kimi, uğurla tətbiq edilib. Gələcəkdə metropoliten tunellərində məhz bu beton bloklardan istifadə olunması nəzərdə tutulub. Bu növ beton bloklar beton təməl üzərində yerləşdirilməlidir. Lakin metropolitenin yeraltı və yerüstü sahələrində hər şpal növü təyinatı üzrə tətbiq edilir. Belə ki, tunellərdən fərqli olaraq depo yollarında şpallar ballastlı çınqıl bünövrə üzərində yerləşir. Həmçinin elektrik deposunun cəmi 14 km təşkil edən depo və park yollarında 10 mindən bir qədər artıq şpaldan istifadə olunur. Buna görə də texniki-istismar tələbləri, habelə iqtisadi və istehsalat səmərəsi nəzərə alınmaqla, depo yollarında dəmir-beton konstruksiyalı bütöv şpalların tətbiqi daha məqsədəuyğundur.

Bununla əlaqədar müvafiq araşdırma və təhlillər aparılaraq, bu sahədə fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi şpalların tətbiqinin mümkünlüyü, metropolitenin istismar-texniki tələblərinə uyğunluğu öyrənilib. Nəticədə, Ələt qəsəbəsində yerləşən və Avropanın bu sahədə aparıcı müəssisələri ilə əməkdaşlıq edən "Şpal zavodu"nun məhsulu daha münasib hesab edilib. Metopolitenlə zavod arasında dəmir-beton konstruksiyalı şpallarla təchizatla bağlı müqavilə də artıq imzalanıb.

Bundan savayı, yoldəyişdiricilərin beton tirlər üzərində yerləşdirilməsi də gündəmdədir və məsələ araşdırılır. Bu tip tirlərin tətbiqi ilə qatarların yoldan çıxma ehtimalı, faktiki sıfır həddinə endiriləcək. Dəmir-beton şpallar kimi, tirlərin də istismar şərtləri daha sərfəli və səmərəli, nəzarət-qulluq mexanizmləri daha sadədir".//Trend

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı