"Euronews" Azərbaycanı X-Road texnologiyasını tətbiq edən qabaqcıl ölkə kimi təqdim edib

Cəmiyyət 21:09 22.01.2018
Dünyanın ən məşhur xəbər televiziya kanallarından biri olan "Euronews" Azərbaycanı X-Road texnologiyasını tətbiq edən qabaqcıl ölkə kimi təqdim edib.
 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, bu texnologiyaların imkanlarından və bu imkanlardan istifadə edən qabaqcıl ölkələrdən bəhs edən reportaj gün ərzində bir neçə dəfə yayımlanıb. Xəbər eyni zamanda kanalın rəsmi internet səhifəsində də yerləşdirilib. Qeyd edək ki, Estoniyadan sonra bu texnologiyadan istifadə edən ikinci ölkə olan Azərbaycanda həm elektron hökumət platforması, həm də Rəqəmsal Ticarət Qovşağı X-Road əsasında qurulub. Azərbaycandan sonra isə Finlandiya və Ukrayna bu texnologiyanın istifadəsinə başlayıb. "Euronews" kanalının verdiyi məlumata əsasən, hal-hazırda Şərqi Avropada səfərdə olan Yaponiya baş naziri Şinzo Abe də X-Road texnologiyası ilə yaxından maraqlanır.
 
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli reportaja münasibət bildirərkən qeyd edib ki, ölkə başçısı İlham Əliyevin apardığı uğurlu innovativ siyasət nəticəsində Avropada ilk, dünyada isə ikinci Rəqəmsal Ticarət Qovşağı yaradılıb: "X-Road texnologiyası əsasında yaradılan Rəqəmsal Ticarət Qovşağı Malayziyada əsası qoyulan qovşaqdan belə daha öncə yaradılıb. Bizim üçün Finlandiyanın, Ukraynanın və hətta dünyada ən innovativ, qabaqcıl ölkə sayılan Yaponiyanın Azərbaycanı özünə nümunə götürməsi çox xoş bir haldır lakin, bu heç də təsadüfi deyil. Azərbaycan informasiya texnologiyaları və telekommunikasiya sahəsində inamla inkişaf etməkdədir. Buna nümunə olaraq, yaxın zamanlarda dünyada Estoniyadan sonra elektron rezidentlik ilk dəfə Azərbaycanda təklif olunacaqdır. Yəni qeyri-rezidentlər Rəqəmsal Ticarət Qovşağı vasitəsilə Asan və Elektron imza əldə edərək, yeni şirkət qeydiyyatı aparacaq, ödənişlər həyata keçirəcək və digər elektron xidmətlərdən yararlanacaqdır. Bu unikal xidmət qeyri-rezidentlərə ölkəmizdə rahatlıqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına şərait yaradacaq."
 
N.Əsədlinin sözlərinə görə, Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə də iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun inkişafı və təkmilləşdirilməsi, ölkənin İKT sənayesinin potensialının artırılması istiqamətində konkret tapşırıqlar verilib. "Dünyanın ən məşhur xəbər agentliklərindən biri olan "Euronews" telekanalının Azərbaycanı innovativ ölkələr siyahısında vurğulamağı cənab İlham Əliyevin apardığı davamlı və sistemli iqtisadi islahatların nəticəsidir."
 
Qeyd edək ki, X-Road dünyada ilk dəfə ən qabaqcıl rəqəmsal cəmiyyətə malik Estoniya tərəfindən istifadə olunub. Bir məlumat mənbəyi və şaxələndirilmiş qoruyucu bağlantılar X-Roadun aşağı qiymət və təkmilləşdirilmiş təhlükəsizlik təklif etməsinə imkan verir. Estoniyada 52 min təşkilat tərəfindən istifadə olunan X-Road məlumat idarə platforması il ərzində 500 milyon müraciət qəbul edir.

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
14:30 18.04.2024
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:25 18.04.2024
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
14:20 18.04.2024
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
14:15 18.04.2024
Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir
14:10 18.04.2024
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
14:04 18.04.2024
“Rus ordusunun Qarabağı tərk etməsi Azərbaycanın siyasi qələbəsidir” - Ukraynalı Deputat - ÖZƏL
14:00 18.04.2024
“Google” İsrailə görə 28 əməkdaşını işdən çıxartdı
13:53 18.04.2024
Türkiyə-Azərbaycan Universitetində 3 məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq - RƏSMİ
13:45 18.04.2024
İsveç Baş naziri COP29-a dəvət edilib
13:40 18.04.2024
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
13:35 18.04.2024
Rusiya və Azərbaycan arasında yeni təşəbbüs -FOTO
13:26 18.04.2024
Məktəblərdə “Son zəng” keçirilməsi qadağan olunur? – Rəsmi AÇIQLAMA
13:13 18.04.2024
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
13:04 18.04.2024
Hamısı