1992-ci il yanvarın 28-də Qarabağ müharibəsinin gedişində erməni silahlı qüvvələri Azərbaycanın dinc əhalisinə qarşı daha bir dəhşətli terror aktı həyata keçiriblər.
Həmin gün Ağdam-Şuşa marşrutu ilə uçan "Mİ-8" sərnişin vertolyotu Xankəndindən atılmış "yer-hava" tipli raketlə vurulub. Vertolyotdakı 44 nəfərin hamısı həlak olub.
Bu hadisə dünya aviasiya tarixində ən böyük mülki vertolyot qəzalarından sayılır. (sputnik)