"Mətbuat Şurasının hüquqi statusu DƏYİŞDİRİLSİN" Əflatun Amaşov

Cəmiyyət 14:27 01.02.2018
“Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mətbuat Şurası (MŞ) ilə bağlı ayrıca qanunun qəbul edilməsi, qurumun hüquqi statusunun dəyişdirilməsi təklif edilib”.
 
Bu təklifi Milli Məclisin bu gün keçirilən iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov irəli sürüb.
 
Eurasia Diary millət vəkilinin çıxışını sizə təqdim edir:
 
"Mən də hamınızı yaz sessiyasının başlanması münasibəti ilə təbrik edir, sessiyanın işinə uğurlar arzulayıram.
 
Milli Məclisin yaz sessiyasının qanunvericilik planı kifayət qədər zəngindir. Düşünürəm ki, plandakı hər məsələ olduqca önəmlidir. Mən də bir təklif səsləndirmək istərdim.
 
Bildiyimiz kimi, Azərbaycanda medianın özünütənzimləmə orqanı kimi Azərbaycan Mətbuat Şurası fəaliyyət göstərir. Qurumun əsas missiyası media ilə bağlı şikayətlərin araşdırılmasından ibarətdir. İl ərzində Şuraya təxminən 400-450 şikayət daxil olur. Bununla bağlı qərarlar çıxarılır. Qərarlar ictimai qınağa əsaslanır. Orada heç bir hüquqi məsuliyyət nəzərdə tutulmur.
 
Əlbəttə, bu, bir tərəfdən çox yaxşıdır ki, media ilə bağlı məsələlər birbaşa media müstəvisində araşdırılır. Mətbuat Şurası yaranmazdan öncə məhkəmələrdə kütləvi informasiya vasitələrindən çoxsaylı şikayətlərə baxılırdı. Bu, məhkəmələr üzərinə əlavə yük idi. Üstəlik media orqanları da saysız-hesabsız məhkəmə qərarları ilə yüklənirdilər. Mətbuat Şurası bunun qarşısını aldı.
 
Hörmətli deputatlar, fəxrlə demək olar ki, bu gün Azərbaycan mediası peşəkar mediadır, bizim elə hazırlıqlı jurnalistlərimiz var ki, dünyanın istənilən media qurumunda bərabər səviyyədə çalışa bilərlər. Mediamız həm də vətənpərvərdir, millidir. Ümummilli maraqlar naminə siyasi yönlərindən asılı olmayaraq vahid mövqedə birləşə bilir.
 
Dövlətimiz mediamızın inkişafı, jurnalistlərimizin sosial problemlərinin həlli üçün hər şey edir. Bir neçə gün əvvəl KİV nümayəndələri üçün tikilmiş ikinci binada yaşayacaq jurnalistlərə mənzillərin açarları təqdim olundu. Üçüncü binanın əsası qoyulub. Fürsətdən istifadə edib Azərbaycan jurnalistlərinin təşəkkürlərini cənab Prezidentə çatdırmaq istəyirəm.
 
Lakin hazırda KİV müstəvisində özünü media kimi təqdim etməyə çalışan, amma heç bir qanunun, peşə davranışı qaydasının tələblərinə məhəl qoymayan, bir sözlə, “reketçiliklə” məşğul olan media vasitələrimiz az deyil. Onlar internetin verdiyi imkanlardan yararlanaraq saylarını, qazanc yollarını daha da “təkmilləşdirilər”. Çox təəssüf ki, kimlərdənsə bu və ya digər formada dəstək də alırlar.
 
Açıq deyirəm, onların məqsədi heç bir əsas olmadan ayrı-ayrı vətəndaşlara – ziyalılara, iş adamlarına, məmurlara böhtan atmaq, qorxutmaq, bunların müqabilində maddi baxımdan nələrəsə nail olmaqdır. Bu hal geniş yayılib və təəssüflə bildirirəm ki, hüquq-mühafizə orqanları da baş verənlərdən xəbərsiz deyillər.
 
Ancaq Mətbuat Şurası təşkilati-hüquqi forma baxımından ictimai təşkilatdır. Bir çox hallarda isə ictimai qınaq müstəvisindəki fəaliyyət yetərsiz təsir bağışlayır.
 
Buna görə də Mətbuat Şurasının hüquqi statusuna yenidən nəzər salınmasını təklif edirəm.
 
Belə düşünürəm ki, Şuranın hüquqi statusu dəyişsə, qurum haqqında ayrıca qanun qəbul edilsə, biz həm ictimaiyyətin, həm də medianın maraqlarını daha çox balanslaşdıra, uzlaşdıra bilərik. İctimaiyyət “reket” yönlü mediadan narazıdır və o istəyir ki, media məkanında sui-istifadələr olmasın. Media özü də maraqlıdır ki, onun adından sui-istifadə hallarına münasibətdə adekvat ölçü tədbiri götürülsün, media nüfüzuna xələl gətirən ünsürlərədən azad olsun.
 
Üçüncü bir məsələ də var ki, biz ümumən media azadlığı məsələsini mütləq qaydada nəzərə almalıyıq. Elə həssas yanaşılmalıdır ki, həm azadlıq məhdudlaşmasın, həm də azadlığın məhdudlaşdırıldığına dair hansısa şübhələr yaranmasın. Bunun yolu isə Mətbuat Şurasının fəaliyyət formasında hüquqi təkmilləşdirmə işinin aparılmasından keçir.
 
Əgər Şura media müstəvisindəki problemlərin məhkəməyəqədərki həlli ilə məşğuldursa, qurum nəyə görə tənbeh tədbiri kimi peşə prinsiplərini əməl etməyən hər hansı reket yönlü media orqanının fəaliyyətinin müvəqqəti dayandırılması barədə rəy çıxara bilməsin?
 
Sonda bir məsələyə də toxunmaq istərdim. Əlamətdar haldır ki, bu il cənab Prezidentin Sərəncamı ilə ölkəmizdə Cumhuriyyət ili elan olunub. Bununla bağlı çoxsaylı tədbirlərin təşkili gözlənilir.
 
Azərbaycan Xalq Cümhuriyyəti 2 il müddətində bir çox sahələrə olduğu kimi, mediaya da böyük diqqət ayırdı. Xalq Cümhuriyyətinin mövcud istiqamətdə qarşıya qoyduğu məqsədlərdən biri də nəşriyyət evinin tikilməsi idi. Lakin bu işin həyata keçirilməsi mümkün olmadı. Həmin ideya ötən əsrin 30-cu illərində reallaşdı. 1933-cü ildə Bakıda Mətbuat Sarayı deyilən bina istifadəyə verildi. Həmin bina indiki Azərbaycan prospektində yerləşir.
 
Onu da deyim ki, bina Mədəniyyət və Turizm Nazirliyinin reyestrində memarlıq abidəsi kimi qeydiyyata alınıb. Uzun müddət «Azərnəşr»in fəaliyyət göstərdiyi bu bina 1995-ci ildə «Bank standart»a baş ofis kimi verilib.
 
Binanın özəllikləri kifayət qədərdir. Diqqət yetirmisinizsə, kitab şəklindədir. Daxili strukturunda isə hər detal sırf nəşriyyat-çap işinin həyata keçirilməsinə hesablanıb. İnşaat materiallarının seçilməsindən tutmuş otaqların havalandırılmasınadək, hətta işçilər üçün şəraitə qədər ən kiçik detal nəzərə alınıb. Bununla əlaqədar sənədlərlə tanış olmuşam.
 
Təklifim bundan ibarətdir ki, Mətbuat Sarayı adı ilə inşa edilmiş həmin bina keçmiş sahiblərinə qaytarılsın və çox yaxşı olardı ki, orada mətbuat muzeyi yaradılsın. Düşünürəm ki, bu da Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinə ən böyük hədiyyə olar.

 

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Hamısı