Britaniya parlamentinin deputatları kimsəsiz 3 min qaçqın uşağın Böyük Britaniyaya immiqrasiyası haqqında qanun layihəsini rədd edib.
Müzakirəyə çıxarılan "İmmiqrasiya haqqında qanun layihəsi" Avropanın ayrı-ayrı ölkələrində çətin şəraitdə sığınacaqlarda yerləşdirilmiş və kimsəsiz qaçqın uşaqların Böyük Britaniyaya gətirilməsinə icazəni tanıyırdı.
Lordlar Palatasından olan Liberal Demokratların layihəni dəstəkləməsinə baxmayaraq, deputatların əksəriyyəti dəyişiklikləri rədd edib.
Böyük Britaniya höküməti isə, 2020-ci ilə kimi Suriya müharibəsindən daha çox zərər görmüş uşaqların düşərgələrdən gətirilməsinə və reabilitasiyasının leyhinədir.