Millət vəkilinin Mətbuat Sarayı binası təklifi müsbət qarşılanır

Cəmiyyət 19:41 06.02.2018
Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycanda Cümhuriyyət ili elan olunması ilə bağlı göstərişindən sonra ölkədə bununla bağlı bir sıra təkliflər irəli sürülüb. Belə təkliflərdən birini ötən həftə parlamentin plenar iclasında millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov dilə gətirdi. Millət vəkili qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti 2 il müddətində bir çox sahələrə olduğu kimi, mediaya da böyük diqqət ayırdı. Xalq Cümhuriyyətinin mövcud istiqamətdə qarşıya qoyduğu məqsədlərdən biri də nəşriyyət evinin tikilməsi idi. Lakin bu işin həyata keçirilməsi mümkün olmadı. Həmin ideya ötən əsrin 30-cu illərində reallaşdı. 1933-cü ildə Bakıda Mətbuat Sarayı deyilən bina istifadəyə verildi. Həmin bina indiki Azərbaycan prospektində yerləşir. Əflatun Amaşov həmin binanın Mədəniyyət və Turizm Nazirliyinin reyestrində memarlıq abidəsi kimi qeydiyyata alındığını da diqqətə çatdırdı. Onun sözlərinə görə, uzun müddət «Azərnəşr»in fəaliyyət göstərdiyi bu bina 1995-ci ildə «Bank standart»- a baş ofis kimi verilib.
 
Image result for Bank standart
 
 
“Binanın özəllikləri kifayət qədərdir. Diqqət yetirmisinizsə, kitab şəklindədir. Daxili strukturunda isə hər detal sırf nəşriyyat-çap işinin həyata keçirilməsinə hesablanıb. İnşaat materiallarının seçilməsindən tutmuş otaqların havalandırılmasınadək, hətta işçilər üçün şəraitə qədər ən kiçik detal nəzərə alınıb. Bununla əlaqədar sənədlərlə tanış olmuşam. Təklifim bundan ibarətdir ki, Mətbuat Sarayı adı ilə inşa edilmiş həmin bina keçmiş sahiblərinə qaytarılsın və çox yaxşı olardı ki, orada mətbuat muzeyi yaradılsın. Düşünürəm ki, bu da Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinə ən böyük hədiyyə olar»-deyə millət vəkili əlavə edib.
 
Image result for cahangir məmmədli
 
Əflatun Amaşovun bu təklifinə ölkənin media mütəxəssisləri də qoşulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, professor Cahangir Məmmədli Eurasia Diary-yə açıqlamasında Əflatun Amaşovun təklifini yüksək qiymətləndirdiyini bildirdi. “Əflatun Amaşov əslində tarixi fakta toxunub. Çünki, o təklif etdiyi bina  vaxtilə Mətbuat Sarayı olub. İndi onun öz statusunu geri qaytarılması gündəmdədir. Jurnalistlərə,  jurnalistikamızın tarixinə yaraşan bir yerdədir. Mən iki əlli ona razıyam və mətbuatda bunu hamımız təbliğ etməliyik”.
 
Image result for rəşad məcid
 
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Rəşad Məcid də Eurasia Diary-yə bu təkliflə bağlı fikirlərini bildirib. “Əflatun Amaşovun təklifini mən də çox maraqla və xoş qarşıladım. Belə bir muzeyin yaradılmasına ehtiyac var. Həqiqətən də mətbuat muzeyinə yararlı ola biləcək tarixi bir binadır. Əgər elə bir ideya reallaşarsa bu həm də Azərbaycan mətbuatına çox böyük diqqət və qayğının göstəricisi olar”.
 
Image result for Akif Aşırlı
 
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı da sözügedən təklifi çox müsbət qiymətləndirdiyini açıqladı. Onun sözlərinə görə Azərbaycanda mətbuat tarixi muzeyinə çox böyük ehtiyac var.
 
“Mətbuat tarixi muzeyi ilə bağlı müəyyən təşəbbüslər irəli sürülüb. Ancaq parlament səviyyəsində ilk dəfədir belə bir təklif səsləndirilir. Buna qədər müxtəlif  səviyyələrdə mətbuat tarixi muzeyinin yaradılması ideyası səsləndirilmişdi. Təvazökarlıqdan uzaq olsa da bu ideyalardan birinin də müəllifi mənəm. Şərq qəzetində artıq 5 otaqda kiçik Azərbaycan tarixi muzeyi fəaliyyət göstərir. 150-yə yaxın eksponat var  o muzeydə. Hətta Əkinçidən sonra çap olunan 135 illik tarixi olan  “Ziyayi-Qafqaziyyə” qəzetinin orijinal nüsxəsi də muzeydə saxlanılır. “Şərqi-Rus” qəzeti, “Açıq söz” qəzeti və digər mətbuat orqanlarına aid olan nümunələr də var. Mətbuat tariximizin 12-yə yaxın ən böyük şəxsiyyətlərindən hesab olunan jurnalistlərin portretlərini işləyib hazırlamışıq. Bu çox müsbət bir haldır.”
 
Bütün bunlara baxmayaraq Akif Aşırlı mətbuat tarixi muzeyinin böyük tarixi məkanda açılmasına çox ciddi ehtiyacın olduğunu dedi. “O ehtiyacı da Əflatun müəllim dilə gətirdi. Mən ona təşəkkür edirəm. Hesab edirəm ki, məkan da çox doğrudur. Ora vaxtilə Mətbuat Sarayı olub. Sonradan senzura kimi fəaliyyət göstərib. Hətta 90-cı illərdə orada müəyyən mətbuat orqanları fəaliyyət göstərirdi. Tarixi binadır. O, binada mətbuat tarixi muzeyi yaradılarsa çox böyük bir iş olardı. Mən də üzərimə düşən nə vəzifə varsa onu icra etməyə hazıram”- deyə baş redaktor əlavə edib.  

Seva İsgəndərova, EurasiaDiary

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Hamısı