Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə bağlı şəhidimizin məzarı ziyarət olunub.
Azvision.az xəbər verir ki, II Fəxri Xiyabanda keçirilən anım mərasimində şəhidin ailə üzvləri, yaxınları, eləcə də paytaxt sakinləri iştirak ediblər.
Onlar M.İbrahimovun ruhuna dualar oxuyub, məzarı önünə gül dəstələri qoyublar.