Milli Azərbaycan Tarixi Muzeyində AXC dövrünə aid bayraq ucluğu mühafizə edilir.
1918-ci ildə Bakını azad etmiş Qafqaz İslam Ordusuna məxsus Cümhuriyyət dövrünün tarixi əhəmiyyətli eksponatını muzeyə AMEA-nın müxbir üzvü, mərhum numizmat və arxeoloq Y.A.Paxomov təqdim edib.
Qeyd edək ki, hazırda muzeydə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə bu dövrün materiallarından ibarət kataloq da nəşrə hazırlanır.