"Bü cür şou yaradılması qəbuledilməzdir” MTRŞ sədri

Cəmiyyət 14:41 26.02.2018
Telekanallarda şou-proqramlarda bağlı narahatlıq tək bizdə deyil, bütün dünyada mövcuddur. Çox təəssüf ki, dünyada hər şey şoulaşır.
 
Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.
 
N. Məhərrəmli bildirib ki, bu, tək televiziyalara aid məsələ deyil: “Hüquqşünaslar, iqtisadçılar, din xadimləri öz işlərini şoulaşdırırlar. Ümumiyyətlə, cəmiyyətdə elə sahə yoxdur ki, şou ilə bağlı olmasın. Bu, çox təəssüfedici haldır və televiziyada özünü daha çox göstərir. Azərbaycanda özəl telekanallarının əsas gəlir yeri reklamla, sponsorla bağlıdır. Ona görə də telekanallar gəlir əldə etmək, cəmiyyəti verilişlərinə cəlb etmək üçün müxtəlif yollar, orijinallıq axtarırlar. Çox təəssüf ki, bu yollar bəzən çox da uğurlu alınmır”.
 
MTRŞ sədri hesab edir ki, büdcədən maliyyələşən Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət Televiziyası, İdman Televiziyası, İctimai Televiziya bu işdə əsas yükü öz üzərlərinə götürməlidir: “Bu televiziya kanalları gərək cəmiyyətin tələbatını ödəsin. Əgər insanlar həmin televiziya kanallarında olan verilişlərə baxacaqlarsa, özəl telekanallardakı şou verilişlərinə ehtiyac qalmayacaq. Çox təəssüf ki, cəmiyyətdə dəyərsizləşdirmə çox sürətlə gedir və bu özünü bütün sahələrdə göstərir. Bu, qorxulu tendensiyadır və biz bundan çox əziyyət çəkirik”.
 
N. Məhərrəmli MTRŞ-nın sosial problemli insanlar üzərində şou yaradılmasını qəbul etmədiyini vurğulayıb: “Kriminal xəbərlərdə insanlarla bağlı cəmiyyəti qıcıqlandıran mövzuların tez-tez təkrar edilməsini qəbul etmirik. Bəzən elə olur ki, ailədə dəhşətli, cəmiyyətimizə xas olmayan hadisə lazım olduğundan artıq işıqlandırılır. Bu, tək televiziyalar deyil, yazılı KİV-də də özünü çox göstərir. Telekanallarda belə məsələlər olan zaman Şura bunu tənzimləyə bilir. Amma bütövlükdə mediada bu hal özünü çox göstərir. Xüsusən əxlaqi dəyərlərlə bağlı kriminal hadisələr, ata-övlad, ər-arvad məsələləri daha çox qabardılır”.
 
MTRŞ sədri qeyd edib ki, televiziya kanallarında yetərincə maarifləndirici verilişlərin olması üçün iqtisadi baza olmalıdır: “Özəl telekanallarda maarifləndirici verilişlər demək olar ki, yox dərəcəsindədir. Bu özəl telekanalların iqtisadi vəziyyəti həddindən artıq pisdir. Bir müddət əvvəl hətta Azərbaycan prezidenti bəzi özəl telekanallara həm “Azərkosmos”a, həm də "Teleradio" İstehsalat Birliyinə borclarının ödənməsi üçün xüsusi yardım ayırdı. O baxımdan özəl telekanallarda maarifçilik verilişlərinə yer ayrılmaması ciddi problemdir. Bu, həm də reklamın azlığı ilə bağlı olan məsələdir. Ümumilikdə isə telekanallarda problemlər çoxdur. Bura kadr məsələsi, telekanal rəhbərlərinin düzgün proqram siyasətinin olmaması və digərləri daxildir”.
 
MTRŞ sədri onu da qeyd edib ki, kabel televiziyaları bir xidmət sahəsidir. Bu, abonentlə yayımı təşkil edən arasında olan hüquqi məsələdir və hüquqi cəhətdən tənzimlənməlidir. Milli Televiziya və Radio Şurası isə sadəcə, abonent və kabel yayımını təşkil edənlər üçün normal şərait yaradır. Biz bu şəraiti yaratmışıq:
 
"Kabel televiziyaları ilə bağlı əhali üçün seçim imkanları çox genişdir. Azərbaycanda 17 kabel şəbəkəsi, 42 İP TV xidməti göstərən var. Bu, böyük bir seçki imkanıdır və insanlar seçim edəcəklər. Yəni hansı kabel şəbəkəsi çox yaxşı xidmət göstərmirsə, digər kabel şəbəkələrinin xidmətlərindən istifadə edəcəklər. Hesab edirəm ki, bu sahədə ciddi bir problem yoxdur. Kabel şəbəkələri də maraqlıdırlar ki, xidmətləri yüksək səviyyədə olsun və əhali onların xidmətlərindən istifadə etsin. Çünki hər bir abonentin ayrılması kabel şəbəkəsi üçün maddi itkidir”.
 
MTRŞ sədri bütün dünyada olduğu kimi Azərbaycanda da qanunsuz kabel şəbəkəsi yayımı problemi olduğunu qeyd edib:
 
“İstənilən sahibkar binasında da kabel şəbəkəsi xidməti təşkil edə bilir. Amma mövcud qanunvericiliyə görə, bu sahədə başqalarına xidmət göstərilirsə və vəsait alınırsa, bu, sahibkarlıq fəaliyyətidir. Qanunsuz kabel şəbəkəsi ilə bağlı problemlər çoxdur, amma tək MTRŞ bu problemləri həll etmək iqtidarında deyil. Çünki bu məsələdə əhalinin də, müvafiq dövlət qurumlarının da yardımı lazımdır. Sahibkar öz binasında hansısa kabel şəbəkəsi qurur və orada yaşayan sakinlərə təqdim edir, amma Şuranın bundan xəbəri yoxdur. Nə bundan nə sakinlər, nə də digər orqanlar şikayət edir. Biz bu qanunsuz kabel şəbəkəsi yayımını necə öyrənə bilərik? Biz hər bir binanın qarşısına gedib, qapını döyüb bunu insanlardan soruşmalı deyilik. Təbii ki, bu məsələlərdə cəmiyyət fəal olmalıdır”.
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Hamısı