Azərbaycanda 1-ci sinif Riyyaziyyat kitabında erməni bayrağının rənginlərini xatırladan tapşırıq sosial şəbəkədə müzakirələrə səbəb olub.
Bununla bağlı Təhsil Nazirliyinin cavabı gecikməyib. Nazirliyin Mətbuat xidmətindən verilən açıqlamada kitabda belə bir tapşırığın olmadığı bildirilib:
“Riyaziyyat kitabının 13-cü tapşırığında istifadə edilən rənglərlə bağlı yayılan məlumatlar barədə bildiririk ki, Təhsil Nazirliyinin qrifini almış dərsliklərdə, o cümlədən 1-ci sinif “Riyaziyyat” dərsliyində belə tapşırıq mövcud deyil. Dövlət ümumtəhsil məktəblərinin şagirdləri üçün tərtib edilən və Təhsil Nazirliyinin qrifini almış dərsliklər dövlət tərəfindən şagirdlərə paylanılıb. Həmin dərsliklərin elektron variantları www.trims.edu.az saytının “Qrifli dərsliklər” bölməsində yerləşdirilib. İstənilən vətəndaş dərsliklərin məzmunu ilə bağlı yayılan məlumatların nə dərəcədə doğru olduğunu saytdakı dərsliklərin məzmunu ilə tanış olaraq da müəyyənləşdirə bilər”. (metbuat.az)