Bakıda kütləvi dava - Ölən və yaralananlar var | Eurasia Diary - ednews.net

15 Sentyabr,


Bakıda kütləvi dava - Ölən və yaralananlar var

Cəmiyyət A- A A+
Bakıda kütləvi dava zamanı yaşlı kişi qətlə yetirilib.
 
Hadisə Nizami rayonunda baş verib.
 
Qara Qarayev prospekti 62 ünvanındakı 34-cü mənzil qarşısında 1966-cı il təvəllüdlü Məmmədov Yaşar Məmməd oğlu və onun oğlu ilə 6 nəfər arasında əlbəyaxa dava olub. Dava zamanı Y.Məmmədovun bədəninin müxtəlif nahiyələrinə 3 bıçaq zərbəsi vurulub.
 
Nəticədə o, çoxlu qan itirib. Yaralı xəstəxanaya aparılarkən qan itirmədən dünyasını dəyişib. 
 
Dava zamanı habelə daha 2 nəfər xəsarət alıb.
 
Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb. 
 
Hadisəni törədənlər və iştirakçılar axtarışdadır.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...