Dünən Respublika Narkoloji Mərkəzində baş verən yanğında həlak olan 62 yaşlı həkim xəstələrin müalicəsi ilə məşğul olmurmuş.
Bu barədə Baş nazirin müavini Abid Şərifov danışıb. O bildirib ki, adıçəkilən həkim orada müalicə alırmış.
Qeyd edək ki, yanğında olan ixtisasca həkim Azər Sadəddinov 1954-cü ildə anadan olub. Tanınmış hüquq müdafiəçisi Murad Sadəddinovun qardaşıdır.
Xatırladaq ki, ötən gün saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib. Nəticədə 25 nəfər dünyasını dəyişib.