Qəbələ rayonunda orta məktəbdə yanğın olub.
ARB Şəki xəbər verir ki, rayonun ucqar dağ kəndi olan Laza kəndində ümumi sahəsi 1300 m² olan kənd orta məktəbinin yanar konstruksiyaları 650 m² sahədə yanıb. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 17:27-də yanğın bölmələri tərəfindən söndürülüb. Yanğın dərslər başa çatdıqdan sonra baş verdiyindən xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.